"Azərbaycanın şərtlərinə tam əməl edilməlidir" – BAKININ TƏLƏBİ 

Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutundan, nəhayət, bu gün ilk avtomobil Qarabağa daxil olub. Rusiyadan humanitar yük gətirən TIR bir neçə gün Qarabağa buraxılmasa da, bu gün sülhməramlıların müşayiəti ilə separatçıların nəzarətində olan əraziyə girib. Deməli, Laçın yoluna alternativ marşrut hesab edilən Ağdam yolunun işləməsi təmin edilib.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyev bildirib ki, Ağdam – Xankəndi yolunun açılması özlüyündə diplomatik uğurdur:
"Çünki Laçın yolunun açılması ilə bağlı təzyiq var idi. Bildirilirdi ki, humanitar yüklər Laçın yolundan daxil olsun, Ağdam yolunu isə gələcək üçün müzakirə predmeti kimi saxlamağı düşünürdülər. Amma Azərbaycan israrla Ağdam yolunun açılmasını tələb edirdi. Çünki beynəlxalq qanunvericiliklə də belədir; əgər həqiqətən həmin ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü anlayışı ən ali prinsipdir. Azərbaycan da məsələyə bu prizmadan yanaşaraq, daxilində yüklərin hansı istiqamətdə daşınmasını özü müəyyən edir.
Yüklərin haradan daxil olması ətrafında böyük bir basqı var idi, müzakirələr gedirdi. Hətta məsələ BMT TŞ-də müzakirəyə çıxarıldı. Əsas məqsəd həmin dəhlizi açmaqla Ağdam yolunu birdəfəlik yaddan çıxarmaq, Azərbaycanın yurisdiksiyasına daxil olan əraziləri hələ də öz siyasi manevrləri üçün saxlamaq idi. Bu baxımdan çalışırdılar ki, Azərbaycanı fikirindən döndərsinlər. Hətta Rusiya belə, Laçın yolunun açılmasına çalışırdı. Amma Azərbaycan haqlı tələb qoyurdu ki, Ağdam yolu açılandan sonra Laçın yolu açıla bilər".
Politoloq hesab edir ki, Rusiyaya məxsus yük maşınının Xankəndiyə daxil olması hələ o demək deyil ki, Laçın yolu açıla bilər:
"Çünki şərtlər var, həmin şərtlərdən biri də Azərbaycanın göndərdiyi yüklərin Xankəndiyə daxil olmasıdır. Ondan sonra isə Laçın yolundan daxil olan yüklər sırf Azərbaycanın qanunvericiliyinə uyğun olaraq əraziyə buraxılacaq. Hələ bu o demək deyil ki, Laçın yolu açılacaqsa, istədikləri yükü göndərə bilərlər. Laçın yolu Azərbaycanın şərtlərinə uyğun olaraq açılacaq və qanunvericiliyə uyğun fəaliyyət göstərəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun