"Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollara çatıb" - NAZİR
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov strateji valyuta ehtiyyatları barədə danışıb.
KONKRET.az xəbər verir ki, nazir Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda forumda bildirib ki, Azərbaycanın iqtisadi təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 53 milyard ABŞ dollarına çatıb.
Nazir bunun iqtisadi müstəqillik üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib:
"Bu, ölkənin ötən ilki ümumu daxili məhsulunun (ÜDM) dəyərinin 90,6%-ni təşkil edir, idxalı 4,6 dəfə üstələyir".
Nazir həmçinin qeyri-neft sənayesi ilə bağlı da statistikanı açıqlayıb və bildirib ki, ölkənin sənayeləşməsi istiqamətində verilmiş qərarlar artıq ilkin nəticələrini göstərib:
"Ötən il əlavə dəyər qeyri-neft sənayesində 1,8%, o cümlədən qeyri-neft emalı sənayesində 22%-ə yaxın artıb. Qeyri-neft sənayesində ÜDM-in ölkə ÜDM-ində xüsusi çəkisinin artması bizim strateji hədəfimiz olaraq qalır və növbəti illərdə də biz bu indikatorları izləməkdə davam edəcəyik".
Vəsilə İbrahim
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var