Azərbaycanın xarici borcu azalıb

Azərbaycanın xarici borcu azalıb2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib.
KONKRET.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da yer alıb.
Hesabatda bildirilir ki, beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində hesabat ili ərzində faktiki istifadə olunmuş kredit vəsaitləri və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib. Hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcmi nominal ifadədə 685,8 milyon ABŞ dolları və ya 7,8 faiz azalıb. Bununla yanaşı, COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, habelə neftin qiymətinin yüksək olması nəticəsində 2021-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 82632,0 milyon manat səviyyəsindən nominal ifadədə 10225,7 milyon manat daha artıq olaraq 92857,7 milyon manat səviyyəsində qərarlaşması xarici dövlət borcunun ÜDM-ə nisbətinin ilin əvvəli ilə müqayisədə 5,8 faiz bəndi azalaraq 14,9 faizə enməsini şərtləndirib.
İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 46,0 faizinin 10 ilədək olan müddətdə, 48,1 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 5,9 faizinin isə 20 ildən yuxarı olan müddətdə qaytarılması nəzərdə tutulur. Hesabat ilində xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
XBH – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 84,2 faiz, avro – 7,9 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 0,9 faiz.
Dəyişkən faiz dərəcəsi ilə olan kreditlər xarici borc məbləğinin 41,2 faizini, sabit dərəcə ilə olan kreditlər isə 58,8 faizini təşkil edib.
Ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə cəlb olunmuş vəsait və daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla 2021-ci ilin sonuna birbaşa daxili dövlət borcu 2507,1 milyon manat (ÜDM-in 2,7 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş daxili borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 561,3 milyon manat (ÜDM-in 0,6 faizi) olmaqla, daxili dövlət borcu 3068,4 milyon manat və ya 2021-ci il üzrə ÜDM-in 3,3 faizini təşkil etmişdir. 2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1126,1 milyon manat məbləğində, ÜDM-də payı isə 0,6 faiz artmışdır ki, bunun da əsas səbəbi dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcalmaların əvəzlənməsi məqsədilə daxili dövlət borcalmasının həcminin artırılması olub. Qeyd olunanların nəticəsi olaraq, dövriyyədə olan dövlət istiqrazlarının həcmi 2021-ci il 31 dekabr tarixinə 2500,2 milyon manata çatdırılmışdır ki, bunun da 150,0 milyon manatı qısamüddətli (dövriyyə müddəti 1 ilədək), 2309,4 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 5 ilədək), 40,8 milyon manatı isə ilk dəfə emissiya olunmuş uzunmüddətli (dövriyyə müddəti 7 il) dövlət istiqrazlarının payına düşür.

Sosial       Tarix: 21 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri