Azərbaycanın xarici dövlət borcu 685,8 milyon dollar azalıb - RƏSMİ STATİSTİKA

Azərbaycanın xarici dövlət borcu 685,8 milyon dollar azalıb - RƏSMİ STATİSTİKA2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 %-ini təşkil edib.
KONKRET.az-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bu, Azərbaqycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində yaranmış öhdəliklərdir
"Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 %-ini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 %-ini təşkil edir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb", – məlumatda deyilir
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
2022-ci il yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 %-ini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 %-ini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi ardıb. Bu artıma təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.

Sosial       Tarix: 24 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri son xeberler bugun 2026 muharibe xeber kriminal xeber