Azərbaycanın XİN rəhbəri belçikalı nazirlə danışıqlarda - FOTO

Azərbaycanın XİN rəhbəri belçikalı nazirlə danışıqlarda - FOTOAzərbaycanın XİN rəhbəri belçikalı nazirlə danışıqlarda - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramovun Belçika Krallığına işçi səfəri çərçivəsində Belçika Krallığının Baş nazirinin müavini, Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşü baş tutub.
Bununla bağlı XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin, Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin artıq fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizi konsorsiumunda, o cümlədən, Belçika şirkətinin də təmsil olunması qeyd olunub.
Tərəflər, həmçinin, regiondakı son vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən Müharibəsi barədə qarşı tərəfə məlumat verib.
Bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədyönlü şəkildə hədəfə alınması, həmçinin, Ermənistan tərəfindən xarici ölkələrdəki döyüşçülərin, muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması və bu məlumatların artıq aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı məsələlər Belçika nazirinin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanat, onun icra edilməsi haqqında qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Nazir Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.
Görüş zamanı bəzi Avropa ölkələrinin parlamentləri tərəfindən Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul edilməsi məsələsinə toxunan Nazir Ceyhun Bayramov, o cümlədən, Belçika Parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb.
O, Belçika hökumətinin izahatı nəticəsində qəbul olunmuş bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.
Xanım Sofi Vilmes, öz növbəsində ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib.
O, Belçikanın ikitərəfli münasibətlərin inkişafında hər zaman beynəlxalq hüquq normalarından çıxış etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması prosesinə diqqəti cəlb edən xanım Sofi Vilmes, bu prosesdə Belçikanın da məmnunluqla iştirak edə biləcəyini söyləyib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın XİN rəhbəri belçikalı nazirlə danışıqlarda - FOTO

Siyasi       Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026