Azərbaycanın yanında olmağa davam edəcəyik - HAKAN FİDAN
"Azərbaycanın yanında olmağa davam edəcəyik".
KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Astanadakı Türk Dövlətləri Təşkilatının liderlər zirvə toplantısından əvvəl keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında etdiyi çıxışında deyib.
O, təşkilatı Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) dəstək verməyə çağırıb: "Biz hamımız təcridin əleyhinə olmalıyıq. Kiprdəki türk xalqına qarşı tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısını birlikdə almalıyıq".
"Qarabağdakı son hadisələrə gəlincə, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək", – o bildirib. Fidan üzv ölkələrin xüsusilə ticarət, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində böyük potensiala malik olduğuna diqqət çəkib.
"Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşmasından və dərinləşməsindən çox məmnunuq", – nazir bəyan edib.
Fidan Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və Transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsinin vacibliyini də vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ