Azərbaycanın zəfərinə sevinə bilməyən Əli Kərimli siyasətdən getməlidir' - Deputat

Azərbaycanın zəfərinə sevinə bilməyən Əli Kərimli siyasətdən getməlidir' - DeputatXəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya lideri Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
Təbrik məktubunda deyilir:
"Partiyalarımız dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir". 
Lakin təbrik göndərən müxalif partiyaların içərisində "Müsavat" və "Azərbaycan Xalq Cəbhəsi" görünməyib.
Partiyaların Prezidentə təbriki ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu çox əhəmiyyətli bir hadisədir:
Azərbaycanın zəfərinə sevinə bilməyən Əli Kərimli siyasətdən getməlidir' - Deputat"Azərbaycan 19-20 sentyabr tarixində antiterror tədbirləri keçirməklə müstəqil dövlətimizin hər qarış ərazisində öz suveren hüquqlarını, konstitusiya quruluşunu bərpa etdi. Bu, çox böyük tarixi hadisədir və bununla əlaqədar Azərbaycan xalqının hər bir fərdi - müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri, əlbəttə ki, bu tarixi hadisəylə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbrik edir. Çünki bu ümumxalq əhəmiyyətli bir hadisədir. Biz dövlətçilik tariximizin yeni qürur səhifəsini yaratdıq. Son yüz ildə ilk dəfədir ki, Azərbaycan Bayrağı Xankəndi üzərində dalğalanır. Belə olan halda siyasi sistemimizin daxili aktorları müxalifət partiyalarının da Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktubları və bəyanatlarında tamamilə yerindədir. Ancaq çox təəssüf ki, bəzi partiyalar, məsələn, Əli Kərimlinin sədri olduğu "Azərbaycan Xalq Cəbhəsi" partiyası, özünü ümumxalq sevincindən, qürurundan kənar tutur. Bu əslində həmin partiyanın özünü Azərbaycanın siyasi sistemindən kənarda tutması deməkdir".
Deputat hesab edir ki, Əli Kərimli və partiyası Azərbaycanın siyasi sistemindən getməlidir:
"Şübhəsiz ki, belə olduqda xalq da həmin siyasi partiyanı qəbul etmir, onun sevincinə şərik ola bilməyənləri seçkidə cəzalandırır və nəticədə həmin partiyalar Azərbaycan xalqının səsini və rəğbətini qazana bilmir. Ona görə də düşünürəm ki, kim bu tarixi hadisələrdə xalqın yanında ola bilmirsə, sabah xalqdan səs də istəyə bilməyəcək. Bu səbəbdən "Azərbaycan Xalq Cəbhəsi"nin sədri Əli Kərimli də, zəfər tariximizə xalqımızla birgə ortaq mövqe sərgiləməyənlərin hər biri də Azərbaycanın siyasi sistemindən getməlidirlər. İstefa verməlidirlər ki, müstəqil dövlətçilik tariximizin yeni inkişaf mərhələsində ölkəmizdə daha sağlam, xalqımızın məqsədlərini etibarlı şəkildə təmsil edə biləcək yeni siyasi sistem formalaşsın. Çünki biz "Müsavat", "Azərbaycan Xalq Cəbhəsi" partiyalarının timsalında siyasi sistemimizin önündə tormozlayıcı funksiya yerinə yetirən vasitə görürük. Buna görə də dövlətçilik tariximizin indiki inkişaf mərhələsində "tormozlayıcı faktorlar" bizi milli inkişafdan geridə qoyurlar".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 19 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler xeber.az bu gun sonxeber az