Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan açıqladı
Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan deyib.
O hesab edir ki, bu mənada Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb kəsişməsində unikal qovşağa çevrilə bilər: Sezar pizza
"Bölgədə irəli sürülən təşəbbüslər, həyata keçirilən Orta Dəhliz və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerji resurslarının, fiber-optik kabellərin maneəsiz bağlantısı hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionumuzun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amil ola bilər".
Xaçatryan qeyd edib ki, əvvəllər Cənubi Qafqaz Avropa qonşuluğu və ya şərti sərhədi hesab olunurdusa, bu gün heç bir layihə onsuz strateji əhəmiyyətə malik ola və potensialını tam şəkildə reallaşdıra bilməz.
O əlavə edib ki, yeni təşəbbüslər çərçivəsində Xəzərlə Mərmərə dənizləri arasında Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən ən qısa yol istifadəyə verilir:
"Bir şey aydındır: kanalların açılması iqtisadi azadlığa, bu da öz növbəsində açıq bazar münasibətlərinə, birbaşa investisiyalara və sairə gətirib çıxarır".
Vaaqn Xaçatryan "Tramp marşrutu"nun bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK