Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsi yaxın həftələrdə keçiriləcək

Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsi yaxın həftələrdə keçiriləcək"Müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib".
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.
O qeyd edib ki, cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi: "Bu xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır.
Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır.
Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.
Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.
İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.
Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.
Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.
Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir". / azxeber.com

Siyasi       Tarix: 12 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler butun xeberler bugunun xeberleri valyuta məzənnələri