Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlayır: Hamı razıdır, təkcə… - TƏHLİL

Xəbər verdiyimiz kimi, Ermənistan başnaziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib.Bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsindəonlayn keçirilən mətbuat konfransında bildirib.
Həmçinin oxu:
"Azərbaycanla sülh sazişi imzalamağahazırıq" -Paşinyan
Azərbaycan Prezidenti:"Ermənistandanmüsbət xəbərlər alırıq"
Ermənistanda prezident də "gəmini"tərk etdi:"Paşinyan onu belə aldatmışdı" -TƏHLİL
Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülhmüqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir:
"Ermənistanla Azərbaycan arasında sülhmüqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcəbu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir.Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik".
Azərbaycan prezidenti İlham Əliyev isə Ermənistantərəfindən müsbət xəbərlərin gəldiyini bildirib: ""Ermənistandan da bizmüsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyiplanlaşdırır".
Belə olan halda iki ölkə arasında sülhsazişinin imzalanması nə qədər müddətə baş tuta bilər? Bu prosesı mane olmaqistəyən hər hansı bir qüvvə varmı?
Politoloq İlyasHüseynov Azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, ilk növbədə ErmənistanınAzərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımalı və Azərbaycanaqarşı ərazi iddialarından geri çəkilməlidir:
Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlayır: Hamı razıdır, təkcə… - TƏHLİL"Ermənistanın baş naziri Nikol Paşinyannövbəti dəfə öz açıqlamalarında sülh müqaviləsinin imzalanmasına işarələr edir.Amma burada əsas məsələ hansı şərtlərin irəli sürüləcəyidir. Məsələn,delimitasiya prosesində də bölgədə nəqliyyat və kommunikasiya xətlərininaçılmasında Ermənistan müəyyən şərtlər irəli sürüb. Vaxtaşırı bu şərtlərin gerigötürüb Azərbaycanın şərtləri ilə razılaşırdı, amma sülh müqaviləsininimzalanması təkcə Azərbaycan və Ermənistan arasında uzunmüddətli təhlükəsizliyivə sülhü təmin etməyəcək, burada bir sıra komponentlər olacaq. İlk növbədə ErmənistanınAzərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıması, Azərbaycanaqarşı ərazi iddialarından geri çəkilməsi önəmlidir. Daha sonrakı prosesdədelimitasiya işlərinə başlamaqla bu istiqamətdə komissiya yaratmaq, dahasonrakı mərhələdə demarkasiya işlərini yekunlaşdırmaq və dayanıqlı şəkildə nəqliyyatyükdaşımalarının aparmaq. Təbii ki, Zəngəzur dəhlizi vasitəsilə gələcəkdəelektrik enerjisinin, təbii qazın nəqli də nəzərdən keçirilə bilər".
İlyas Hüseynovun bu məsələdə Rusiyanın dahansı mövqedə olacağından da danışıb:
"Burada Rusiyanın mövqeyi də maraqlıdır.Soçi razılaşmasına baxsaq, ötən ilin noyabrın 26-da imzalanmış bəyanatda Rusiyatərəfi delimitasiya ilə bağlı konsultativ yardım göstərməyə razılıq verib.Maraqlıdır ki, Avropa İttifaqı da eyni mövqedən çıxış edib. Digər tərəfdəndelimitasiya və demarkasiya ilə bağlı proseslərlə yanaşı, bölgədə ən önəmli məsələlərdənbiri də iqtisadi artımın yaradılması üçün Zəngəzur dəhlizinin çəkilməsidir. Artıqdəmir yolu ilə bağlı marşurut təstiqlənib, hər iki tərəf bunu qəbul edib. Artıqtərəflər arasında ikitərəfli münasibətlərdən daha yuxarı olan "3+3" formatındaMoskvada görüş də baş tutub. Türkiyədə də görüşün keçirilməsi nəzərdə tutulur.Bu, çox önəmlidir. Çünki digər regional oyunçular da məsələnin içərisindədir vəbuna maraqlıdırlar. Bu, əsaslı, fundamental, tərəflər arasında gələcəkperspektivləri nəzərdə tutan, düşmənçiliyə son qoyan və iqtisadi artımı ehtivaedən bir sənəd olmalıdır. Bunun üçün isə sadalanan komponentləri Ermənistan tərəfimütləq şəkildə icra etməlidir".
Mövzu ilə bağlı Azxeber.com-a danışan politoloqQabil Hüseynli Paşinyanın mövcud vəziyyəti təhlil edib. O,bildirib ki, Paşinyan bilir ki, Azərbaycan həm qalib tərəf kimi, həm də kifayətqədər güclü tərəf kimi ərazi bütövlüyü məsələsində prinsipialdır:
Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlayır: Hamı razıdır, təkcə… - TƏHLİL"Azərbaycan prezidenti də söylədi ki, Ermənistantərəfindən müsbət xəbərlər gəlməkdədir. Paşinyan isə reallıqları əvvəldən də dərkedirdi, indi daha çox dərk etməyə başlayıb. Ermənistanın bir "qarınağrısı" daQarabağın dağlıq hissəsindəki separatçılarla bağlıdır. Bu məsələ konteksində Azərbaycanınərazi bütövlüyünü tanıyıb-tanımaması məsələsi gündəmdədir. Mənim fikrimcə,Paşinyan bu sözü deməyə hazırdır. Sadəcə olaraq daxili-ictimai rəydən çəkinir vəehtiyatlı hərəkər edir. Daxili-ictimai rəyi tədricən söylənilənləri həzm etməyəhazırlayır. Digər tərəfdən də Paşinyan yaxşı başa düşür ki, Azərbaycan həm qalibtərəf kimi, həm də kifayət qədər güclü tərəf kimi ərazi bütövlüyü məsələsindəkifayət qədər prinsipialdır. Azərbaycan heç bir məsələdə geriyə çəkilməyəcək.Ona görə də bu reallıqlara uyğun olaraq hərəkət etməyə çalışır. Ammadaxili-ictimai rəydə apardığı mübarizədə də çətinliklərlə üzləşir. Həttaakademik səviyyədə olan bir erməni də Qarabağ ərazisində azərbaycanlılarınyaşaması faktını qəbul etmək istəmir. Onlar söyləyir ki, vaxtilə oradakı əhalinin40 faizi azərbaycanlı, yerdə qalan hissəsi isə ermənillər olub. Bu insanlar(red: ermənilər) sözün əsl mənasında millətçilik xəstəliyinə tutulmuş, başa bəlabir millətdir və onlarla nəyisə həll etmək çox çətindir. Görünür ki, bu məsələardıcıl təzyiqlər, ciddi basqılar tələb edəcək. Bu istiqamətdə də işlər gedir.Mən əminəm ki, Ermənistan siyasi rəhbərliyi prezidentin istefasından sonra əlinixeyli gücləndirib. Demək olar ki, rəhbərliyi vahid əldə cəmləşdirə bilib. Bu səbəbdənhesab edirəm ki, sülh və s. kimi bütün istiqamətlərdə lazımi addımlar atmağahazırlaşırlar".
Politoloq onu da qeyd edib ki, hər hansıqüvvələr bu məsələyə müdaxilə etməyə çalışsa belə, Azərbaycan qətiyyəli mövqedədir:
"Burada bir Rusiya faktoru da var. O bir tərəfdənvasitəçi moderator kimi rol oynayır. Elə bil ki, arabanın beşinci təkərinəçevrilib və proselərə mane olmağa çalışır, ən azından indiki şəkildə saxlamaqistəyir. Amma Azərbaycan qətiyyətli mövqedədir və bu mövqeyi həyata keçirməküçün lazım olan bütün addımları atacaq".
Aydın Nuri 

Siyasi       Tarix: 26 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler bugünki xəbərlər hava durumu enson xeberler