Azərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar

Azərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib.
azxeber.com xəbər verir ki, səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.
Komitə sədri və əməkdaşları Azərbaycanın Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub, həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.
Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi qiymətləndirilir.
Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx birləşdiklərini, ölkəmizin xaricdəki "yumşaq güc"ünə çevrilmək yolunda uğur qazandıqlarını ifadə edib.
Həmçinin, 20 xarici ölkədə 32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı müsbət rollarını diqqətə çatdırıb.
Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon meksikalı yaşayır.
Görüşdə Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.
Görüş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"nun imzalanması ilə yekunlaşıb.
Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.
Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.
Azərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - FotolarAzərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar

Siyasi       Tarix: 20 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər