Azərbaycanla münasibətləri qorumaq bizim üçün həmişə prioritet olub

Azərbaycanla münasibətləri qorumaq bizim üçün həmişə prioritet olub"Bizim Azərbaycanla dərin və qədim tarixi, sivilizasiya, mədəniyyət və din əlaqələrimiz var. Azərbaycanla münasibətləri qorumaq və inkişaf etdirmək bizim üçün həmişə prioritet olub. Bu illər ərzində iki ölkə arasında əlaqələrin və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün səy göstərmişik. Həmişə çalışmışıq ki, Azərbaycan rəsmiləri ilə görüşlərimizdə məsələləri xoş niyyətlə müzakirə edək, qeyri-müəyyən qüvvələrin iki ölkə arasında hər hansı mövzudan və ya məsələdən istifadə etməsinin qarşısını alaq."
azxeber.com xəbər verir ki, bunu APA-nın Tehrandakı müxbirinə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
İsmayıl Bəqai Azərbaycanın müharibə dövründə əsl qonşu kimi münasibət göstərdiyini bildirib. O, Azərbaycan Prezidentinin Ali Rəhbər Əli Xameneinin faciəli ölümü ilə bağlı İranın Azərbaycandakı səfirliyinə gedərək, başsağlığı verdiyini, həmçinin, yeni Ali Rəhbərin seçilməsi ilə bağlı təbrik mesajı göndərdiyini xatırladıb.
Bəqai Naxçıvan Muxtar Respublikasına dron hücumunun araşdırıldığını bildirib: " Biz bu məsələni ən yüksək səviyyədə araşdırdıq. İran və Azərbaycan prezidentləri bu barədə danışdılar. Məqsəd məsələyə dərhal aydınlıq gətirmək idi.
Bizim fikrimizcə, bu hadisədən başqalarının sui-istifadə etmə ehtimalı var. Elələri var ki, bu cür hadisələrdən İran və Azərbaycan arasındakı münasibətlərə zərər vurmaq üçün istifadə edirlər. İki ölkə prezidentlərinin telefon danışığı zamanı hadisənin necə baş verməsini müəyyən etmək üçün birgə araşdırma aparılması barədə qərar qəbul edildi."
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Fars körfəzi ölkələrindəki Amerika bazalarına hücumları ilə bağlı da danışıb:
"Bizim nöqteyi-nəzərimizdən, hücum ifadəsinin İran tərəfindən qonşularına qarşı istifadəsi mövzu baxımından tamamilə qeyri-mümkündür. Fars körfəzi ölkələrinə qarşı bizim reaksiyamız ABŞ-ın İrana qarşı əməliyyatlarından qaynaqlanır. Hüquqi baxımdan hücum sözünün işlədilməsi dəqiq deyil. Biz sadəcə olaraq, ABŞ-ın hərbi bazalarına qarşı özümüzü müdafiə edirik. Hər bir ölkənin özünü müdafiə etmək, özünə qarşı hücumun həyata keçirildiyi yerlərə qarşı tədbir görmək təbii haqqıdır."

Siyasi       Tarix: 21 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu