Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARDaşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub.
Daşkənd şəhərində Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən azxeber.com-a bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ağır sənaye, maşınqayırma, metallurgiya və metal emalı, tikinti, tekstil, kənd təsərrüfatı, qida, turizm, təhsil, tibb və əczaçılıq, mühəndislik, konsaltinq, dağ-mədən, kimya, mebel, elektrotexnika, avtomobil sənayesi, dəri məmulatları, plastik emalı və digər sahələrdə fəaliyyət göstərən 400-dək şirkət təmsil olunub.
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir. Nazir strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını vurğulayıb, regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanları qeyd edib. Bildirilib ki, əlaqələr yalnız dövlətlərarası səviyyədə deyil, şəhərlər və regionlar arasında da fəal şəkildə inkişaf edir.
Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanları diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məqsəd dəhlizi sadəcə tranzit marşrutu deyil, əlavə dəyərin yaradıldığı iqtisadi platformaya çevirməkdir. Bunun üçün dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vacibdir.
Diqqətə çatdırılıb ki, Qarabağ və Şərqi Zəngəzur yeni investisiya imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dövlət tərəfindən yaradılan infrastruktur və investisiya təşviqləri özəl sektor üçün əlverişli şərait formalaşdırır. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək iki ölkə arasındakı qardaşlığın mühüm göstəricisidir.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Qarşılıqlı ticarətin və investisiyaların artırılması, regionlar arasında birbaşa biznes əlaqələrinin gücləndirilməsi və birgə layihələrin reallaşdırılması üçün geniş imkanların olduğu vurğulanıb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktor vəzifəsini icra edən Roksana Nesor hər iki ölkənin investisiya və ixrac potensialı, sahibkarlar üçün təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriblər.
Forumda, həmçinin Daşkənd Şəhər İcra Hakimiyyətinin başçısının müavini Şarof Raxmanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Daşkənd Vilayətinin İcra Hakimiyyətinin başçısının müavini Jaxongir Mamajonov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Namanqan Şəhər İcra Hakimiyyətinin başçısı Ayubxon Kamalov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış ediblər. Çıxışlarda regionlararası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində fikirlər səsləndirilib. Bununla yanaşı, tədbirdə çıxış edən "Uzavtosanoat" SC-nin sədr müavini Davron Xidoyatov və "Azərşəkər" MMC-nin İdarə Heyətinin üzvü Cavid Abdullayev birgə işgüzar fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin təşviqi barədə danışıblar.
Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər mübadilə edilib. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.
Forum biznes dairələri arasında görüşlərlə davam edib.
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLARAzərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR

Siyasi       Tarix: 23 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026