Azərbaycanla sərhədə qoşun yığan İranın məqsədi nədir? - AÇIQLAMA

Azərbaycanla sərhədə qoşun yığan İranın məqsədi nədir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, İran Azərbaycanla sərhədə qoşun yığır.
Buna səbəb İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz bölgəsində hərbi təlimlərə başlamasıdır. Məlumata görə, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində genişmiqyaslı hərbi təlim keçiriləcək.
Bəs İranın bu ərazilərdə hərbi təlimlər keçməsinin xüsusi səbəbi varmı? İranın hazırkı vəziyyətdə məqsədi nədir?
Politoloq Tofiq Abbasov məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib.
O, İranın nədən narahatlıq keçirməsi ilə bağlı məsələdən danışıb:
"İndiki məqamda İranın narahatlığı bütövlüklə və bilavasitə Avropa İttifaqının bizim bölgəyə 50 nəfərdən ibarət vətəndaş missiyasının göndərilməsidir. Bu təşəbbüs Azərbaycan tərəfindən rədd edildi və biz bunda heç bir lüzum görmürük. Ancaq Ermənistan ciddi cəhdlə çalışır ki, ABŞ və ya Fransadan buraya müşahidəçilər gətirsin. Biz son durumda görürük ki, Fransa prezidenti, eləcə də ABŞ-nin aparıcı simaları Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı canfəşanlıq edirlər, hərəkətə gəliblər. Onlar gizlətmirlər ki, burada Rusiyanın moderatorluğunu sıfırlamaq cəhdləri göstərilir. Amma biz gördük ki, Makron oyun qaydalarını ciddi və kobud şəkildə pozmağa cəht edir. O səyları həm də ABŞ dəstəkləyir. Düzdür, bəzi hallarda ABŞ və Avropanın yolları haçalanır, ancaq bu məqamda, hansı ki, Azərbaycan öz sərhədini bağladı ki, bizə gəlib keçməyəcəksiniz. Həmin 50 nəfərdən ibarət missiyanın bura gəlməsi özünəməxsus bir yeni xanədir. Qərb özü üçün daha bir dəhliz açır ki, bu bölgədə fiziki cəhətdən təmsil olunsun.
Azərbaycanla sərhədə qoşun yığan İranın məqsədi nədir? - AÇIQLAMAİran isə bu məsələyə çox narahatlıqla, hətta qıcıqla münasibət bildirib. İranın rəsmi dairələri də, İnqilab Keşikçilərinin rəhbərləri də bu məsələni birmənalı məhkum ediblər ki, bölgədə Qərbin bu cür təmsil olunmasına heç bir lüzum yoxdur. Burada heç bir müharibə yoxdur, qarşıdurma meylləri güclənmir. Digər tərəfdən Azərbaycanla Ermənistan arasında ixtilafların çözülməsi ilə Rusiya, Türkiyə və eləcə də İran özü də burada bəzi məqamlara qatılır, bu ölkələr məşğul olursa, Qərbin iştirakına heç bir ehtiyac qalmır".
Politoloq qeyd edib ki, İran öz işini ehtiyatlı tutmağa çalışdığını göstərmək üçün bu cür üsula əl atır:
"İran məhz bu təşəbbüsün, hansı ki, zorla Ermənistana sırıdılıb, İran onun arxasında özü üçün və bölgə üçün yeni təhlükəli planların əlamətlərini görür. İndi İran öz işini ehtiyatlı tutmağa çalışır. İstəyir göstərsin ki, İrana qarşı Ermənistan ərazisindən hansısa təhdid olarsa, o zaman bu, dəf ediləcək. İran bu cür qeyri-müəyyən təşəbbüslərin arxasında duran niyyətləri özünəməxsus tərzdə qəbul edir. Ona görə də, tədarük görür".
"Fikrimcə, bütün bölgə dövlətlərinə, eləcə də İranın özünə aydındır ki, Azərbaycan da bu məsələdə çox prinsipial mövqe tutdu. Prezident İlham Əliyev Praqada bu məsələ ilə bağlı sərt mövqe sərgilədi. Bildirdi ki, Azərbaycan öz suverenliyi ilə alverə getmir. Buna görə də biz o missiyanı Azərbaycan ərazisində görmək istəmirik və görməyəcəyik", - deyə politoloq əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele