Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəldi: Böyük iqtisadi perspektivlər açılır – ŞƏRH

Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəldi: Böyük iqtisadi perspektivlər açılır – ŞƏRH Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəldi: Böyük iqtisadi perspektivlər açılır – ŞƏRH
Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədə Aşqabadda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri imza atıb.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş zamanı imzalanıb. 
Azərbaycanın "dəniz" siyasəti
Azərbaycanla Türkmənistan arasında iqtisadi, siyasi, diplomatik, mədəni əlaqələrin dinamikasında ildən-ilə artım tempi müşahidə edilməkdədir.
Hazırda iki ölkə çoxtərəfli formatda əməkdaşlıq platforması yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edir.
Azərbaycan Xəzəryanı ölkələrə münasibətdə özünün diplomatik, iqtisadi-siyasi doktrinasında hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib.
Aparılan danışıqların məntiqi nəticəsi olaraq, qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində Xəzəryanı ölkələrin prezidentləri arasında 2018-ci ilin 12 avqustunda "Xəzər dənizinin hüquqi statusu haqqında" konvensiya imzalanıb.
Qeyd edək ki, dövlət başçılarının həmin sammiti Qazaxıstanın Aktau şəhərində baş tutmuşdu.
Xəzərin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.
"Dostluq" dostluğu daha da möhkəmləndirəcək
Rəsmi Bakı bundan sonra da yataqların birgə işlənilməsi üçün səylərini davam etdirib.  "Dostluq" yatağı da bunlardandır.
Bildirək ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir.
Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni "Aralıq" adlandırılıb.
"Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycan - Türkmənistan dəniz sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.
1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb.
Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Münasibətlərin dərinləşməsi kontekstində "Dostluq" yatağı üzrə sazişin imzalanmasını tarixi hadisə kimi qiymətləndirmək olar.
Birgə istifadənin böyük iqtisadi dividendlər gətirəcək
Yataqla bağlı ortaq məxrəcə gəlinməsi böyük perspektivlər açır.
Birincisi, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir.
İkincisi, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.
Üçüncüsü, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq, bu isə büdcəyə daxil olacaq vəsaitlərin həcminin genişlənməsinə gətirib çıxaracaq.
Dördüncüsü, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə deyib ki, iki ölkə arasındakı nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsi Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir.
"Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq",-deyə İlham Əliyev sənədin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq və regional əhəmiyyəti olan bu layihə Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.
Yatağa "Dostluq" adının verilməsi iki ölkə arasındakı qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə dair simvolik mənanı özündə ehtiva edir.
"Həmin yatağı "Dostluq" adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək", - bunu isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov videokonfrans formatında keçirilən görüşdə deyib.
O əmin olduğunu bildirib ki, "Dostluq" yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. 
Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.
2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin prezidentlərinin növbəti Zirvə Toplantısı ərəfəsində bu sənədin imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsini göstərir.
Tarixə qısa nəzər
Azərbaycanla Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ilin 9 iyununda qurulub.
1999-cu ilin iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi açılıb.
2002-ci ilin oktyabrında isə Azərbaycanın Türkmənistanda səfirliyi fəaliyyətə başlayıb.
2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibəti ilə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı təbrik məktubları göndərilib.
Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 21 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xabar xeberler az son.xeberler ən son xeberler