Azərbaycanla UN-Habitat arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla UN-Habitat arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunubSentyabrın 10-da Azərbaycanın Keniyadakı səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) yeni təyin olunmuş icraçı direktoru xanım Anaklaudia Rossbaxla görüşüb.
KONKRET.az xəbər verir ki, Ölkəmizin Keniyadakı səfirliyindən Azərtac-a bildiriblər ki, səfir Sultan Hacıyev xanım Anaklaudia Rossbaxı yeni təyinatı münasibətilə təbrik edib. O vurğulayıb ki, xanım Rossbaxın şəhərlərin inkişafı və sosial mənzil layihələrində uzun illər ərzində qazandığı təcrübə UN-Habitatın qlobal fəaliyyətinə və təşəbbüslərinə yeni töhfələr verəcək.
Anaklaudia Rossbax rəhbərlik etdiyi UN-Habitat ilə Azərbaycan arasında məhsuldar əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu işbirliyinin yeni birgə təşəbbüslərlə daha da genişlənəcəyindən əminliyini bildirib.
UN-Habitatla əməkdaşlıq çərçivəsində Azərbaycanda 2022-ci və 2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Milli Şəhərsalma forumları, həmçinin 2023-cü ildə Bakı şəhərinin "Ümumdünya Məskunlaşma Günü"nə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, tərəflər arasında səmərəli əməkdaşlıq həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma layihələrinə töhfəsini verməkdədir.
Səfir Sultan Hacıyev diqqətə çatdırıb ki, tərəfdaşlığın bu dinamik inkişafının davamı olaraq Bakı şəhəri 2026-cı ildə keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibi seçilib. Azərbaycan bu il həm də COP29-a ev sahibliyi edir, 2026-cı ildə isə BMT-nin "Ümumdünya Ətraf Mühit Günü" ölkəmizdə keçiriləcək. Diplomat vurğulayıb ki, iqlim dəyişikliyi ilə dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri, bu baxımdan COP-WUF proseslərinin əlaqəsinin gücləndirilməsi məsələsində Azərbaycan qətiyyətli rol oynayır və qlobal töhfələr verməkdə səylərini davam etdirir.
Anaklaudia Rossbax bu ilin noyabrında Qahirə şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XII sessiyasının (WUF12) işində Azərbaycan nümayəndə heyətinin uğurla iştirak edəcəyinə və töhfələr verəcəyinə əminliyini bildirib. O, eyni zamanda, bu il UN-Habitatın Bakı şəhərindəki ofisinin fəaliyyətə başlamasının tərəflər arasında əməkdaşlığın növbəti vacib mərhələsi olduğunu qeyd edib.

Siyasi       Tarix: 10 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler