Azərbaycanlı deputatdan Fransa XİN başçısına xəbərdarlıq: 'Gələcəyin varsa, görəcəyin də var
"Fransanın xarici işlər naziri Ketrin Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Əgər o, Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə müdirinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O xatırladıb ki, Fransa XİN başçısı bugünlərdə öz tvitter hesabında vəzifəsinə və qadınlığına yaraşmayan cümlələr yazıb:
"Kolonna qeyd edib ki, Fransa ilk gündən Azərbaycanın Laçın yolunu "bağlamasını" pisləyir və bu, vəziyyəti gərginləşdirir və bu fikri çatdırmaq üçün aprelin sonunda Bakı və İrəvana səfər etmək niyyətindədir. Onun bu fikirlərini əndazəni aşmış hesab edirəm. Fransa onun bu fikirləri ilə özünü növbəti dəfə gülünc vəziyyətinə saldı".
Deputatın sözlərinə görə, Ketrin Kolonna söylədiyi fikirləri ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur:
"O söylədiyi fikirlərlə bilinmir ki, xarici işlər naziridir, yoxsa tələbə. Fransa hökumətinin başçısı anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası, əsarət altında saxladığı ölkələr deyil, bura Qafqazın lider ölkəsi Azərbaycandır. Onların qarşısında həmin Azərbaycandır ki, Fransanın cinayətlərini ən böyük tribunadan bütün dünyaya səsləndirdi və üzr istəməyə çağırdı. Bu gün də Azərbaycan Fransanın yürütdüyü ikiüzlü, riyakar siyasətə öz etirazını bildirir və onlara yerini göstərir".
Deputat qeyd edib ki, heç bir şəxs və bu xanım Azərbaycan ilə ultimatum dilində danışa bilməz:
"Heç kimin buna cürəti çata bilməz. Əgər bu qadın Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə rəisinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır. Hətta hesab edirəm ki, ümumiyyətlə onu qəbul etmək lazım deyil. Ona xatırladıram ki, sənin kimi bir çoxlarının bu kimi bəyanatlarını eşitmişik. Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Hesab edirəm ki, Fransa XİN başçısının mənasız, yersiz, həqiqətə uyğun olmayan bəyanatları bizim üçün əhəmiyyətsiz və boşboğazlıqdan başqa bir şey deyil". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir