Azərbaycanlı diplomat BMT-də yüksək vəzifəyə təyin edildi
BMT-nin baş katibi Antoniu Quterreş qurumun azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin rezident və humanitar əlaqələndiricisi Ramiz Ələkbərovu yeni vəzifəyə təyin edib.
Bu barədə "Report"un ABŞ bürosuna BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.
O bildirib ki, R.Ələkbərov beynəlxalq təşkilatın Efiopiyadakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunub. F.Haq əlavə edib ki, BMT baş katibi R.Ələkbərova bölgədə təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi vəzifəsini də həvalə edib.
Qeyd edək ki, R.Ələkbərov ötən üç il ərzində BMT-nin Əfqanıstandakı fəaliyyəti müddətində uğurlu işi, defakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb.
O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb.
R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi