Azərbaycanlı hərbçilər Əfqanıstandan çıxır: Ölkədə vəziyyət necə olacaq?
Azərbaycanlı hərbçilər Əfqanıstandan çıxır: Ölkədə vəziyyət necə olacaq?
Əfqanıstanı nə gözləyir? Azərbaycan da daxil olmaqla sülhməramlıların bu ölkədən çıxarılmasının nəticəsi necə olacaq?
Caliber.Az bu və digər suallarla tarix elmləri namizədi, E.M. Primakov adına Rusiya Elmlər Akademiyasının Milli Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin Cənubi Asiya və Hind Okean Bölgəsi Qrupunun rəhbəri Aleksey Kupriyanova müraciət edib.
Onun sözlərinə görə, çox şey kontingentin necə çıxarılacağına, Əfqanıstan ordusuna bundan sonra da silah və pulla yardımın təmin edilib-edilməyəcəyinə və "Taliban" ilə Kabildəki hökumət arasında son sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına bağlıdır:
"Mənim nöqteyi-nəzərimə görə, nizamlama müvəqqəti olacaq, Əfqanıstan yenidən adi müharibə vəziyyətinə girəcək".
"Əfqanıstan ərazisinə girəndə ABŞ-ın məqsədi nə idi? "Əl-Qaidə" liderlərini himayə edən "Taliban"ı məğlub etmək, Şimal alyansını (Şimali Əfqanıstan komandirlərinin ittifaqı - red.) dəstəkləmək və sonradan Əfqanıstanı ABŞ-a dost olan sabit bir dövlətə çevirmək.
Bəs indi nə görürük? Əfqanıstan ABŞ-la dost olan sabit bir dövlətə çevrilmədi. "Taliban" məhv edilməyib, əksinə, ölkə ərazilərinin yarısından bir qədər azı onun nəzarətindədir və hücumlara davam edirlər", - deyə Kupriyanov bildirib.
O qeyd edib ki, Vaşinqton çox pul xərclədi, bəziləri Əfqanıstana çatmadan yoxa çıxdı. Nəticədə, amerikalılar məqsədlərindən heç birinə çatmadan çıxıb gedirlər.
Kupriyanov Azərbaycan kontingentinin də Əfqanıstandan çəkilməsinə münasibət bildirib:
"İndi qarşılıqlı əlaqə və sülhməramlı döyüş təcrübəsi qazanan Azərbaycan kontingenti geri çəkilir. Və Azərbaycanın Əfqanıstandakı itkilərdən çəkinməsi çox yaxşıdır. Hamı bu qədər şanslı deyil". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar