Azərbaycanlı müğənni azadlığa buraxıldı - FOTOLAR
Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov azadlığa buraxılıb.
Müğənni cəzasının bitməsinə 6 ay qalmış amnistiyaya düşərək, cəzadan azad olunub.
Xatırladaq ki, Elmir Qəhrəmanov 2025-ci ilin fevralında Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələri əldə etmə əməlinə görə) saxlanılmışdı. O, məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonundan icra edilən amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu prosesin icra müddətinin 4 ayı əhatə edəcəyi bildirilir.
///Titul.az


/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü