Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEO

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEOAzərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEO
Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub. Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.
Burada müasir texnologiyalar və ağıllı monitorinq və nəzarət sistemləri köməyə gəlir ki, bu da çətinliklərin qarşısını almağa kömək edəcək. Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan innovativ "İqlime" monitorinq sistemi qapalı məkanın temperaturu və rütubəti gecə-gündüz izləyərək baş verə biləcək problem barədə xəbərdarlıq edəcəkdir. "İqlime" cihazı ilə siz, harada olduğunuzdan asılı olmayaraq, istənilən məkanın temperatur və rütubətinə 24 saat ərzində nəzarət edə biləcəksiniz. Həmin göstəricilər dəyişərsə, "İqlime" bu haqda zəng və ya SMS vasitəsilə dərhal xəbərdar edəcək. Sistemin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq üçün Android və iOS platformaları üzərindən fəaliyyət göstərən xüsusi mobil tətbiq istifadəyə verilib.
"İqlime" həmçinin anbarlar, apteklər və dükanlar, marketlər, server otaqları və xüsusi temperatur və rütubət rejimini tələb edən digər məkanlarda istifadə oluna bilər. Üstəlik, sistemi öz evinizdə temperatur və rütubəti daim nəzarətdə saxlamaq üçün də istifadə etmək olar. 
Qeyd edək ki, "İqlime" sistemi Proqram Təminatı tərtibatçısı və Binanı İdarəetmə sahəsində çalışan yerli "Kibrit.Tech" İT şirkəti tərəfindən yaradılıb. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.
2021-ci ilin fevral ayında "Kibrit.Tech" şirkəti özünün "İqlime" məhsulu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Mingəçevir Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alındı. 
"İqlime" sistemi barədə daha ətraflı məlumat saytı vasitəsilə və yaxud (+994 12) 377 00 37 nömrəsinə zəng edib əldə etmək olar.

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEOAzərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEOAzərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEOAzərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEOAzərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEO

Sosial       Tarix: 25 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az