Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİO
Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİO
Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib.
Terror baş verən gün o, binada ofisiant işləyib və növbəsi 19:55-də başa çatıb.
"Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik", - Kamil bildirib.
O, güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını oradan uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara harada çıxacaqlarını göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı - 80-ə yaxın adamı görüb və onlara çıxmağa kömək edib.
"İnsanları axtararkən yerdə fənəri yanan smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı - Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb", - deyə Kamil əlavə edib.
Kamil bundan sonra ikinci mərtəbədə Kamillanı axtarıb:
"Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim".
O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb.
Mənbə: thevoicemag.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR