Azərbaycanlı şahmatçıların rəqibləri bəlli oldu: aralarında erməni də var
"Grand Chess Tour" şahmat seriyasının 5 turnirinin tarixləri müəyyənləşib.
Publika.az xəbər verir ki, yay mövsümündə baş tutacaq turnirlərdə dünyaca məşhur azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Çempionatın 5 turniri 2021-ci ilin iyun-avqust ayları arasında Buxarestdə (klassik şahmat), Parisdə (sürətli, blits), Zaqrebdə (sürətli, blits), ikisi isə Amerikanın Sent-Luis şəhərində (sürətli, blits, klassik) keçiriləcək.
Seriyada 10 aparıcı qrossmeyster oynayacaq. Masa arxasında azərbaycanlı zəkalarla yanaşı, fransız Maksim Vaçier-Laqrave, amerikalılar Fabiano Karuana və Vesley So, ruslar Aleksandr Qrisçuk və Yan Nepomnyaşşiy, hollandiyalı Aniş Ciri, erməni Levon Aronyan oturacaq.
Turnirin ümumi mükafat fondu 1,275 milyon dollardır. Klassik şahmatda 325 min dollar, sürətli və blitsdə 150 min dollar oynanılacaq. Digər 175 000 dollar "Grand Chess Tour" seriyasında ilk üç şahmatçıya veriləcək.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür