Azərbaycanlı satıcı GÜLLƏLƏNDİ
Sankt-Peterburqda kişi pnevmatik silahla əcnəbi satıcıya atəş açaraq hadisə yerindən qaçıb.
azxeber.com xəbər verir ki, atışma dekabrın 17-də Efimova küçəsində yerləşən "Sennaya" ticarət kompleksində baş verib. Axşam saatlarında rabitə salonunun əməkdaşı ilə müştəri arasında münaqişə baş verib və müştəri pnevmatik tapança ilə 19 yaşlı Azərbaycan vətəndaşının üzünə atəş açıb.
Zərərçəkmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sağ qaş nahiyəsinin yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olaraq evə buraxılıb.
Polisin aydınlaşdırdığı kimi, hadisənin günahkarı 26 yaşlı İrkutsk sakinidir.
Hazırda cinayət işinin başlanması məsələsi həll edilir, hadisənin başvermə şəraiti aydınlaşdırılır, şübhəli şəxs axtarılır./Lent.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR