"Azərbaycanlı Tələbə və Məzunlar Platforması" Xocalı soyqırımını xarici ölkələrdə tanıtdı - FOTO
"Azərbaycanlı Tələbə və Məzunlar Platforması" Xocalı soyqırımını xarici ölkələrdə tanıtdı - FOTO
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq "Azərbaycanlı Tələbə və Məzunlar Platforması" İB (ASAP), "Böyük Qayıdış" İB ilə birlikdə bu faciəni xarici ölkələrdə beynəlxalq mənbələrdən götürülmüş materiallarla təbliğ etmək məqsədilə "Dünya bilir, biz xatırladırıq" adlı layihə həyata keçirmişdir.
Layihə çərçivəsində 3 fərqli beynəlxalq mənbədən materiallar seçilmiş və bu mətnlər 15 fərqli dilə tərcümə olunaraq poster formasında hazırlanmışdır. "Human Rights Watch" təşkilatının rəsmi hesabatı, "The Independent" və "The Sunday Times" qəzetlərində Xocalı haqqında 1992-ci ildə çıxan məqalələrdən istifadə nəticəsində hazırlanan bu posterlər ingilis, fransız, italyan, alman, ispan, türk, ərəb, rus, gürcü, çin, yapon, koreya, hind və urdu dillərinə tərcümə olunmuşdur.
Daha sonra bu posterlər Belçika, Böyük Britaniya, Türkiyə, Polşa, İtaliya, Almaniya, Rusiya, Gürcüstan, Pakistan kimi ölkələrdə təhsil alan və yaşayan tələbə və məzunlara göndərilmişdir. Soydaşlarımız bu posterlərlə yaşadıqları şəhərlərdə fərdi aksiya keçirərək, Xocalı haqqında məlumatları məhz yerli dildə yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmış, maarifləndirmə kampaniyası həyata keçirmişdir.
Bundan başqa, posterlərdə Xocalı faciəsi haqqında daha ətraflı məlumat almaq istəyənlər üçün QR kod da qoyulmuşdur. Bu kod vasitəsilə hər bir kəs sadəcə telefonundan istifadə edərək Xocalı soyqırımı barəsində beynəlxalq və yerli mənbələrdən, həmçinin 1992-ci ildə xarici və yerli jurnalistlər tərəfindən Xocalıda çəkilmiş foto və video materiallardan xəbərdar ola bilərdi.









Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR