Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO

Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTOAzərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO
Yüz il öncə 18-19 fevral 1921-ci ildə Borçalı və Tbilisidən olan müsəlman azərbaycanlılar bu şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılaraq Qızıl Ordunun dəfələrlə üstün qüvvələrinə qarşı Gürcüstanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıblar. Dəstə komandiri Yedigarov müsəlman azərbaycanlıların Gürcüstanın müdafiəsi işinə qeyd-şərtsiz sədaqətlərini bəyan edib.
Bunun tarixi sübutu da var. "Report.ge" xəbər verir ki, Gürcüstanın "Respublika" qəzetindəki dərc olunmuş bir xəbərdə məhz bu barədə məlumat verilib.
Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTOXatırladaq ki, 1918-1919-cu illərin bolşevik işğalı zamanı azərbaycanlıların köməyi Gürcüstan üçün həlledici əhəmiyyətə malik idi. Bu yardım sayəsində Gürcüstan ordusu düşmənin hücumunu dəf edərək, əks hücuma keçə bildi və Tbilisinin süqutunu bir həftəlik də olsa, təxirə saldı.
Gəlin, bir anlıq həmin dövrün hadisələrini göz önündə canlandırmağa çalışaq.
Fevralın 18-də axşam saatlarında Qırmızı Ordunun qabaqcıl birləşmələri Soğanlığa çatdı. Borçalı və Tiflis azərbaycanlıları da daxil olmaqla, Gürcüstan qoşunları gecə boyu bolşeviklərin hücumlarına qarşı mübarizə apardı və sübh çağı zirehli texnikanın dəstəyi ilə əks hücuma başlayaraq ciddi uğur qazandı: 1600 nəfər əsir götürüldü və bolşeviklər geri çəkildilər. Topçular 11-ci Qızıl Ordunun geri çəkilən birliklərinə zərbələr endirirdilər. Bu, əslində Gürcüstan ordusunun ondan dəfələrlə üstün olan Qızıl Ordu üzərində ilk qələbəsi idi. Bu qələbə ən azı 1921-ci il fevralın 24-dək Gürcüstan paytaxtını uğurla müdafiə etməyə imkan verdi.
Məhz fevralın 24-də Qızıl Ordu mövcud ehtiyatlarını toplayaraq güclü artilleriya hazırlığından sonra cəbhənin bütün istiqamətlərində hücuma keçdi. Elə həmin gün Kutaisidəki Gürcü hökumətinin təxliyyəsi başladı.
Fevralın 25-də Tbilisidəki vəziyyət artıq kritik həddə çatdı. Qızıl Ordu say etibarilə şəhərin müdafiəçilərini bir neçə dəfə üstələyirdi. Bu şərtlər altında Gürcüstan komandanlığı ordunu qorumaq, mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə Tbilisidən çıxmaq barədə qərar verdi. Beləliklə də, şəhər uğrunda azərbaycanlı və gürcülərin çiyin-çiyinə qəhrəmancasına vuruşduqları bir həftəlik müdafiə döyüşləri başa çatdı.
Tbilisinin süqutundan sonra Qızıl Ordu martın 4-də Suxuminin bir hissəsini və martın 9-da isə Zuqdidini işğal etdi. Martın 10-da bolşeviklər Kutaisiyə daxil oldular və Gürcüstan ordusu şəhəri tərk etməli oldu. Bir neçə gün sonra Poti də işğalçıların əlinə keçdi. Beləliklə də, martın 17-də atəşkəs, 18-də isə təslim olma haqqında müqavilə imzalandı və son olaraq Batumi də Qırmızı Orduya təslim edildi.
Bununla da, Gürcüstan ordusunun Sovet Rusiyasının dəfələrlə üstün qüvvələrinə bir aydan çox müddət ərzində göstərdiyi müqavimət məğlubiyyətlə başa çatdı. Gürcüstan da Azərbaycan kimi Sovetlər tərəfindən işğal olundu.

Sosial       Tarix: 22 fevral 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az