Azərbaycanlıları qovdunuz, indi utanmadan Putinə yalvarırsız
Vitali Balasanyan, yalanlara son qoy! Sən və sənin kimilər onilliklər ərzində "artsax" adından danışaraq əslində yalnız bir işlə məşğul olmusunuz – Azərbaycan torpaqlarını işğal etməklə. Siz beynəlxalq hüquqa görə heç vaxt Ermənistana məxsus olmayan əraziləri zəbt etmisiniz və bunu şəxsi maraqlarınız və siyasi manevrlər üçün etmisiniz.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni bloger Natali Aleksanyan Xocalı cəlladı Vitali Balasanyanın Vladimir Putinə yazdığı məktuba münasibət bildirərkən deyib.
"Putinə yalvarmaqla istədiklərinizə nail ola bilməyəcəksiz. Sizin saxta qələbələriniz "arsaxı" qorumaq əvəzinə, onu düşmənçiliyin mərkəzinə çevirdi.
Siz yerli azərbaycanlıları qovdunuz, kəndləri partlatdınız, abidələri məhv etdiniz, evləri yandırdınız və bu gün utanmadan Putinə yalvarırsınız ki, gəlib sizin öz əlinizlə dağıtdığınızı xilas etsin.
Siz xalqın adından danışan insanlar deyilsiniz – siz mafiyasınız, Qarabağı qapalı bir zonaya çevirən quldur dəstələrsiniz. Orada yalnız siz hökm sürə bilirdiniz. Qarabağ heç vaxt sizin şəxsi mülkiyyətiniz olmayıb. Siz onu siyasi alverin, saxta milli ritorikanın və xarici güclərə yarınmağın alətinə çevirdiniz.
Və sonda, dünya yekdilliklə bu torpağın Azərbaycana məxsus olduğunu dedikdə, siz nəinki bu həqiqəti qəbul etmədiniz, hətta bütün erməni cəmiyyətini parçaladınız.
Axırda isə, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, siz döyüşsüz qaçdınız, xalqı taleyin ümidinə buraxaraq.
İndi göz yaşı tökərək Putinə müraciət edirsiniz, unudaraq ki, Rusiya sizin kimi alətlərdən istifadə edib, sonra kənara atır – Ruben Vardanyan buna bariz nümunədir.
Qarabağ artıq sizin oyuncağınız deyil.
Bu məsələ yalnız Ermənistan və Azərbaycan arasında həll olunacaq – sizin yalançı "qəhrəmanlıqlarınız" olmadan, məktublarınız və hədələriniz olmadan. Xalq artıq həqiqəti görüb və sizin qayıdışınız mümkün deyil", – Aleksanyan bildirib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir