Azərbaycanlıların birliyini, həmrəyliyini göstərən gün

Azərbaycanlıların birliyini, həmrəyliyini göstərən günBu gün dünya azərbaycanlılarının həmrəylik günüdür. Bəs həmrəylik nədir bilirikmi? Həmrəylik birlik deməkdir. Görəsən, bu birlik hardan gəlir? Sözün bu günümüzə hardan, necə gəldiyini bilmək üçün gəlin bir az dərin düşünək. İnsanlar hələ insanlıq yeni başlayarkən tayfa halında olub. 
Amerika atalar sözündə belə bir deyim var: Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır. Qədim xalqımız da tayfanın zəif olduğunu dərk edib bir qədər inkişaf edərək qəbilə icmasına keçiblər. Özünüdərkin təsiri nəticəsində isə insanlar qəbilədən dövlət halına keçiblər. Beləcə birlik, vahidlik formalaşıb. Qədim Azərbaycan dövlətləri ta qədimdən birlik üçün çalışıb vuruşublar. Zamanında Sacilər və Salarilər dövründə Azərbaycan vahid dövlət kimi bir olub. Bir qədər sonra Atabəylər dövründə, sonra isə Səfəvilər dövründə bu məfhum yenidən baş qaldırıb. Xanlıqlar dövründə isə Gəncə xanı Cavad xan nə qədər çalışsa da bu birliyi yarada bilməyib. Cavad xan deyirdi ki, qoyun bu dövlət birləşsin. Vahid Azərbaycanın başında kim olur olsun, yenə də Azərbaycan bir olsun. Lakin bu da birliyimiz üçün son olmamışdır. Səfəvi dövlətindən sonra da birlik qanı
Azərbaycanlıların damarlarında axmaq da davam edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də 23 aylıq birlik yenə də üzə çıxdı.  
Birliyimizi müqayisə edəsi olsaq deyə bilərik ki, zincir belə pambıq, polad adi mis, yarım əsirlik ağac belə balaca bir dibçəkdir bu xalqın yanında. Biz bunu son 30 ildən bəri də müşahidə edirik. 1991-ci il oktyabrın ərəfəsində müstəqilliyimiz üçün Azadlıq şüarını ana südü kimi qəbul edib küçələrə axışan xalqımıza bir baxın, göydən iynə atsan yerə belə düşməzdi insan çoxluğundan. Ondan 30 il sonra vətən müharibəsində "dəmir yumruq" kimi birliyimizlə dünyaya səs saldıq. Hər əsgər maşını görəndə, hər əsgər aparan kamaz görəndə sevinməyimiz, əlimizdə olan hər nə vardısa təmənnasız olaraq onlara verməyimiz buna bariz nümunədir. İndi xalqımız yenə də dəmir yumruğu əks etdirir. 2 həftədən artıqdır davam edən "Ekoterror" da xalqımız soyuğa, borana dağ kimi sinə gəlir. O, şaxtalı havanı öz nəfəsi ilə isidərək həmişəki kimi öz birliklərini nümayiş etdirirlər. Necə deyərlər: "El bir olsa, dağ oynadar yerindən", amma bizimkilərin dağla, daşla işi yoxdur, bizimkilər "ədalətin" kökündə yatanları oyatmaq istəyirlər.
Ümumilikdə xalqımız bir olmağı çox sevir. Bayramlarda bir-birimizə qonaq getməyimiz, toylarda öz sevincimizi birlikdə bir birimizlə bölüşməyimiz, dəfn mərasimlərində öz doğmamızı birlikdə torpağa tapşırmağımız buna misal ola bilər.
Sonda bir məqamı xatırlamağınızı istərdim ki, orada bizi belə ayaqda saxlayan hər şeydən əvvəl şəhidlərimizin tökdüyü qanlardır. Orada bizimlə olan bütün şəhidlərin qanı və ruhudur . O qanlar, o ruhlar ki, bizi orada ayaqda saxlayır, soyuqda belə bizi donmağa qoymur.
Elşən Soltanzadə, BDU Jurnalistika fakültəsinin tələbəsi / azxeber.com

Sosial       Tarix: 01 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun