Yalnız bizmi kəsilən çörəyə qiymət veririk?' - Lalə Azərtaş
"Görəsən hədsizmi humanistik? Yalnız bizmi kəsilən çörəyə qiymət veririk? Tolerantlıq yalnız bizim üçünmü dəyər daşıyır? Başqa xalqlara hörmət qarşılıqsızmı olmalıdır?"
azxeber.com xəbər verir ki, bunu aparıcı Lalə Azərtaş sosial media hesabında yazıb.
O, Rusiyanın Yekaterinburq şəhərində həmyerlilərimizə olunan hücumdan yazıb:
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha velikorus şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir. Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsil simasını göstərməsidir. 21-ci əsrdə bütün dünya buna raşizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminaiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxsüs Azərbaycana qarşı düşmənçilik təşkil edir.
Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZALA məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardı, daşnakları dəstəkələyən siyasətdi. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir".
Aysel
Kurslar.az kurslar [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür