Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı 'Baku Plaza'ya gəliblər - FOTOLAR
Yekaterinburqdakı cinayət işi üzrə azərbaycanlıların saxlanılmasından sonra "Kaspiy" kafesi və "Baku Plaza" ticarət mərkəzi bağlanıb. Lakin bu gün ticarət mərkəzi yenidən güc strukturlarının əməkdaşlarının diqqətini cəlb edib.
azxeber.com -un E1.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda mərkəzin yaxınlığında səssizlik hökm sürür, lakin müxbirlər orada əvvəlcə Rusiya Milli Qvardiyasının dəstəsini görüblər, daha sonra isə polis yaxınlaşıb.
Məlum olub ki, güc strukturlarının əməkdaşları ticarət mərkəzinin yaxınlığında çəkiliş aparan "Krik TV" telekanalının çəkiliş qrupu ilə münaqişəyə dair məlumat əsasında gəliblər.
Jurnalistlər iddia edirlər ki, mərkəzin mühafizəçisi telekanalın əməkdaşlarından birinə hücum edib.
"Həyəcan siqnalı düyməsini basmağa səbəb ziyarətçilərlə bu ticarət mərkəzinin işçiləri arasında yaranmış münaqişə olub, işçilər gələnə kimi bu münaqişə həll olunub", - deyə Rusiya Milli Qvardiyasından izah ediblər.
Qeyd olunub ki, ticarət mərkəzinin icarəyə verdiyi məkanlar da işləmir, açılış tarixi ilə bağlı məlumat yoxdur.
"Kaspiy" kafesi iyunun 27-dən işləmir. Həmin gün güc strukturlarının əməkdaşları obeyktə gələrək onun sahibi Azər Səfərovu saxlayıblar. O, 24 il əvvəl baş vermiş qətldə şübhəli bilinir.
Hazırda "Kaspiy" kafesinin girişində "Kafe işləmir. Sanitariya işləri gedir" yazısı asılıb. Halbuki içərisi boşdur, heç bir təmizlik və təmir işləri aparılmır.






Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi