Azərbaycanlıların Rusiyaya axını niyə azalıb? - "Yeni qaydalar tərəddüd yaradır"
"Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən MDB ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a Milli Məclisin Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.
Onun sözlərinə görə, hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur:
"İyunun 30-dan etibarən qüvvəyə minən yeni qaydaya əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslər mütləq QR kodu almalı, bunun üçün səfərə 72 saat qalmış aidiyyəti strukturlara müraciət etməlidir. Ancaq bu o demək deyil ki, həmin şəxsi mütləq ölkə ərazisinə buraxılacaq. Çünki Rusiya sərhədçiləri onu giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları "stop" qoya bilər".
Parlament üzvü vurğulayıb ki, yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır:
"Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur. Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır".
"Bakı və Moskva arasında olan gərginlik artıq bir qədər geridə qalıb. Vladimir Putin də qeyd edib ki, Azərbaycanla münasibətdə emosional böhran yaşanmaqda idi. Amma hazırda iki dövlət arasında münasibətlər yenə də yüksək səviyyədə qalmaqdadır, – deyə Azər Allahverənov azərbaycanlıların Rusiyaya axınının azalması səbəbini izah edərkən qeyd edib. – AZAL-a məxsus təyyarənin qəzayə uğraması ilə əlaqədar olaraq, müəyyən gözləntilər var idi. Putin bildirib ki, bu hadisənin törədilməsində əli olan şəxslər cəzalandırılacaq. Yəqin ki, bu ilin sonuna qədər Rusiya prezidenti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacaq".
Xatırladaq ki, Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub.
Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib