Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsiAzərbaycan ilə Qazaxıstan arasında münasibətlər son illərdə siyasi etimad, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan yüksək səviyyəli strateji tərəfdaşlıqla xarakterizə olunur. Tarixi, mədəni və mənəvi köklərlə bağlı olan iki qardaş xalq bu gün regionun sabitliyi, iqtisadi inkişafı və türk dünyasının birliyinə xidmət edən birgə təşəbbüslərin önündə gedir. Prezident cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə "Kazinform" agentliyinə verdiyi müsahibə bu istiqamətdə görülən işlərin miqyasını və gələcəyə yönəlik vizionu bir daha nümayiş etdirdi.
Azərbaycan–Qazaxıstan əlaqələrinin təməlində qarşılıqlı etimad və dövlət başçıları səviyyəsində formalaşan səmimi münasibətlər dayanır. Prezident cənab İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələr ardıcıl şəkildə genişlənib. Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, mütəmadi təmaslar və strateji məsələlərin müzakirəsi bu münasibətlərin səmərəsini açıq şəkildə göstərir.
Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi qardaşlıq əlaqələrinin parlaq simvollarından biridir. Bu mədəniyyət ocağında artıq yüzlərlə uşaq incəsənət təhsili alır ki, bu da xalqlarımız arasında mənəvi yaxınlığın göstəricisidir.
İkitərəfli iqtisadi münasibətlər son illərdə sabit artım templəri ilə diqqət çəkir. 2024-cü ildə 470 milyon dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında 547 milyon dollara çataraq üç dəfə artım nümayiş etdirib. Bu, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, infrastrukturun modernləşdirilməsi və birgə layihələrin səmərəliliyinin nəticəsidir.
Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi ikitərəfli iqtisadi əlaqələrin dərinliyini sübut edir. Azərbaycan investisiyalarının Qazaxıstana həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər uzunmüddətli tərəfdaşlığın davamlı inkişafını və qarşılıqlı maraqları əks etdirir.
Orta Dəhliz iki ölkə arasında iqtisadi əlaqələrin əsas sütunlarından birinə çevrilib. 2024-cü ildə bu dəhliz üzrə tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. 2022-ci ildə Aktauda imzalanmış "2022–2027-ci illər üçün Yol Xəritəsi" üçtərəfli (Azərbaycan–Qazaxıstan–Türkiyə) əməkdaşlığın sistemli əsaslarını müəyyənləşdirib.
Enerji sahəsində də tərəfdaşlıq uğurla inkişaf edir. SOCAR ilə "KazMunayQaz" şirkəti arasında Aktau–Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranziti barədə razılaşma enerji təhlükəsizliyinə mühüm töhfədir. Həmçinin Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsi layihəsi rəqəmsal inteqrasiyanın genişlənməsi və regionun informasiya təhlükəsizliyinin güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Qazaxıstan arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. 2024-cü ildə imzalanan birgə memorandumlar enerji sistemlərinin birləşdirilməsini, ekoloji təmiz texnologiyaların tətbiqini və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.
Prezident cənab İlham Əliyev Xəzər dənizində ekoloji tarazlığın pozulması və suyun səviyyəsinin azalması məsələsini xüsusi vurğulayaraq, bütün Xəzəryanı dövlətləri birgə tədbirlər görməyə çağırıb. Dənizin dayazlaşması biomüxtəlifliyə və regionun iqtisadi potensialına real təhlükə yaradır. Bu baxımdan, Azərbaycan və Qazaxıstanın elmi əməkdaşlığı və ekoloji təşəbbüsləri mühüm əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatı (TDT) iki ölkə arasında qardaşlıq əlaqələrinin güclənməsində mühüm rol oynayır. Ölkə başçımızın qeyd etdiyi kimi, 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat türk dünyasının siyasi, iqtisadi və humanitar birliyinin əsas dayağına çevrilib.
TDT-nin Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri, qəbul edilən sənədlər və imzalanan bəyannamələr Türk dövlətlərinin həmrəyliyinin artmasına xidmət edir. 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması da ortaq elmi və mədəni dəyərlərin yaşadılmasına yönəlmiş mühüm hadisə olacaq.
Xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri mədəni əməkdaşlıqda da öz parlaq ifadəsini tapır. Son illərdə təşkil olunan "Azərbaycan Mədəniyyəti Günləri" və "Qazaxıstan Mədəniyyəti Günləri", eləcə də Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileylərinə həsr edilmiş tədbirlər qarşılıqlı hörmət və ədəbi əlaqələrin dərinliyini göstərir.
Təhsil, elm və incəsənət sahələrində birgə layihələrin həyata keçirilməsi, gənclər arasında mübadilələrin təşkili xalqların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Bu, həm də Türk dünyasının ortaq mədəni irsinin qorunması baxımından mühüm amildir.
Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və türk birliyinin möhkəmlənməsinin mühüm dayağına çevrilib. Prezident cənab İlham Əliyevin "Kazinform" agentliyinə verdiyi müsahibə göstərir ki, iki qardaş ölkənin əməkdaşlığı yalnız regional çərçivəni aşaraq, beynəlxalq miqyasda nümunəvi model kimi dəyərləndirilə bilər.
Gələcək illərdə iqtisadi, enerji, nəqliyyat, elm və mədəniyyət sahələrində reallaşacaq birgə layihələr Azərbaycan–Qazaxıstan münasibətlərini daha da möhkəmləndirəcək və Türk dünyasının birliyinə, regionun rifahına mühüm töhfə verəcəkdir.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 20 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər" - İlham Əliyev

"Münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı i

SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun tam mətni dərc edilib. KONKRET. -a istinadən xəbər verir ki, Al Arabiya ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun tam mətnini yayımlayıb. Sənəddə ABŞ v

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər siyasi dialoqu

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakad

Makrondan İsrailə çağırış: "Silahları yerə qoyun"

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliklə bağlı radikal çağırış edərək, regionda davamlı sülhün bərqərar olması üçün həm Livanın "Hizbullah" hərəkatının, həm də İsrailin hərbi əməliyyatlara so

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib. xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Ta

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

"İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha ço

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib. xəbər verir ki

ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq

ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində bunu təsdiqləyib. KONKRET.azxəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun cebheden xeber sou biznes axsam.az xeberler