Azercell Bakıda keçirilən 'Baku International HR Forum'-a dəstək olub
Şirkətin prezidenti Zərinə Zeynalova sürətlə dəyişən texnologiyalar mühitində insan resursları funksiyasının rolu barədə fikirlərini bölüşüb.
Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.
6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.
CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir.
Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə, Azercell prezidenti bildirib.
Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.
Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR