Azercell' "Biznesim' tarif paketlərində internetin həcmini artırır
"Azercell Telekom" MMC "Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini 2-5 GB civarında artırır. Bu artıma qarşı qiymətlər cəmi 2 manat qalxacaq.
25 mart 2024-cü il tarixdən etibarən "Azercell Telekom" MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan "Biznesim 1GB", "Biznesim 3GB", "Biznesim 5GB", "Biznesim 10GB" və "Biznesim 50GB" tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır. Belə ki, "Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər "Biznesim" tarif paketləri üzrə digər imkanlardan (zəngSMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.
25 mart 2024-cü il tarixdən etibarən "Biznesim 1GB" tarifi "Biznesim 3GB" (+ 2GB), "Biznesim 3GB" tarifi "Biznesim 6GB" (+3GB), "Biznesim 5GB" tarifi "Biznesim 9GB" (+4GB), "Biznesim 10GB" tarifi "Biznesim 15GB" (+5) və "Biznesim 50GB" tarifi "Biznesim 55GB" (+5GB) adlanacaq. Qiymətlər isə 12 AZN, 17 AZN, 22 AZN, 32 AZN və 52 AZN deyil, müvafiq olaraq 14 AZN, 19 AZN, 24 AZN, 34 AZN və 54 AZN təşkil edəcəkdir.
Abunəçilər göstərilən dəyişikliklər, "Biznesim" tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları Şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam