Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur18–19 oktyabr 2025-ci il tarixlərində Rumıniya Respublikasının təşkilatçılığı ilə keçirilən "Stars of Informatics" beynəlxalq informatika müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər dörd bürünc medal və həvəsləndirici mükafat qazanıblar. 
azxeber.com xəbər verir ki, 10 ölkədən 120 iştirakçının qatıldığı yarışda Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medala, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
Virtual formatda təşkil edilmiş müsabiqə iki mərhələdən ibarət olub. Hər mərhələdə məktəblilər dörd saat ərzində üç tapşırıq həll edərək analitik düşüncə, alqoritmik problem həll etmə, proqramlaşdırma və vaxtın səmərəli idarə edilməsi kimi bacarıqlarını nümayiş etdiriblər.
2017-ci ildən etibarən "Azercell Telekom" MMC Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs nəticəsində gənclər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma olimpiadalarında iştirak edərək ölkəmizə ümumilikdə 108 medal qazandırıblar.
Azercell istedadlı gəncləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayır!

İqtisadiyyat       Tarix: 22 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az