Azercell-in peşəkarları "İT-Akademiya"sının tələbələri ilə öz təcrübələrini bölüşüblər
Ölkənin lider mobil operatoru "Azercell Telekom"un mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "İT-Akademiya" layihəsinin tələbələri üçün "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi" və "Öz brendini yarat" kimi aktual mövzuları əhatə edən təlim-seminar proqramı ilə çıxış ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "İT-Akademiya" layihəsinin bu təlimində 60-a yaxın tələbə iştirak edib.
Tədbir çərçivəsində Azercell-in İnsan Resursları departamentinin Transformasiya və Təşkilatı İnkişaf üzrə eksperti, Azercell Akademiyasının təlimçisi Vahidə Orucova və Azercell-in İnsan Resursları departamentinin Transformasiya üzrə konsultantı Fəxri Qurbanov iştirakçılara İT sahəsində uğurlu karyera qurmağın yolları və peşəkar inkişaf imkanları barədə məlumat təqdim edib, onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, fəaliyyət dövrü ərzində ölkədə yeni İT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına davamlı olaraq töhfə verən "Azercell Telekom" MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək.


/ azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu