Azercell-in tərəfdaşlığı ilə "SHE - Gələcəyin toxuması" adlı tədbir keçirilib - FOTOLAR

Azercell-in tərəfdaşlığı ilə Azercell-in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar ("Azerbaijan Business Women") təşkilatının təsis etdiyi "SHE" platforması çərçivəsində "Gələcəyin toxuması" ("Fabric of the Future") adlı tədbir baş tutub.
Proqramda ənənəvi sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.
Tədbirdə Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramanın dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İşgüzar Qadınlar təşkilatının sədri və "SHE" platformasının təsisçisi Tatyana Mikayılova təşəbbüsün ideyası və əhəmiyyəti haqqında danışıb.
Tədbirin davamında çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli biznesin rolundan danışıb: "Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır".
Şirin Əliyeva, həmçinin Azercell-in qızların və qadınların fərdi inkişafına və sosial rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.
Tədbirdə Azercell-in təşkilatçılığı ilə "Gələcəyimizi formalaşdırmaq" mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir mübadiləsi aparılıb.
Paneldə iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" və "Oflayn Qadınlar" rəqəmsal platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona Abbasova Azercell abunəçilərinin "Qadın Dəstək Xətti"nə ödənişsiz zəng edə, "Oflayn Qadınlar" platformasından isə internet paketi olmadan yararlana bildiklərini qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə çıxışını asanlaşdırdığını vurğulayıb.
Proqram aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib.
Azercell bu tərəfdaşlıqla qadınların öz bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edir.
Azercell-in tərəfdaşlığı ilə Azercell-in tərəfdaşlığı ilə Azercell-in tərəfdaşlığı ilə Azercell-in tərəfdaşlığı ilə Azercell-in tərəfdaşlığı ilə / azxeber.com

İqtisadiyyat       Tarix: 30 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber xeber saytlari sonxabar valyuta mezennesi banklar