Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur.
Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində nəzərdə tutulub. 
Layihəyə əsasən, gələn il uşaqlar üçün yaşayış minimumu 274 manat müəyyən ediləcək. Hazırda bu göstərici 260 manatdır. 
Qeyd edək ki, son illər Azərbaycanda boşanmalar məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan birinə çevrilib. Alimentin minimum məbləğinin artırılması da bu fonda diqqət çəkir. Belə ki, boşanma hallarında uşaqların maddi təminatı və valideynlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. 
Bəs alimentin artırılması boşanmalara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, hər il ölkəmizdə yaşayış minimumunun əhalinin müxtəlif qrupları — əmək qabiliyyətli şəxslər, pensiyaçılar və uşaqlar üçün ayrıca müəyyən edilməsi həqiqətən də təqdirəlayiq məsələdir:
"Bəzi ölkələrdə bu amillər ümumiyyətlə nəzərə alınmır və ya yaşayış minimumu çox aşağı səviyyədə müəyyən edilir. Azərbaycanda isə hər il bu məbləğin artırılması təqdirəlayiq haldır. Yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması isə boşanmaların qarşısını ala biləcək bir addım deyil. Yəni bu məbləğin 300 və ya 500 manat olması belə boşanmaların qarşısını ala bilməz. Bunun üçün yeni mexanizmlər tətbiq olunmalıdır. İlk növbədə, statistik göstəricilər araşdırılmalı, boşanmaların hansı səbəblərdən və hansı sahələrdə daha çox baş verdiyi müəyyənləşdirilməlidir. Daha sonra məhz üstünlük təşkil edən səbəblərə uyğun mexanizmlər hazırlanmalı və həyata keçirilməlidir ki, boşanmaların qarşısını almaq mümkün olsun".
Ekspert əlavə edib ki, yaşayış minimumunun artırılması, sadəcə, tərəflərdən birinə, eyni zamanda uşağa maddi dəstək məqsədi daşıyır:
"Burada uşağın təhsil və sağlamlıq məsələləri, eləcə də aylıq əsas yaşayış ehtiyacları nəzərə alınır. Müəyyən edilən məbləğ uşağın bir ay ərzində əsas ehtiyaclarını qarşılaya bilməsi üçün nəzərdə tutulur. Əlbəttə ki, bu məbləğin daha yüksək olması hər birimizi sevindirər. Yaşayış minimumunun artırılması boşanma zamanı uşağın yanında qalacağı tərəfə — ataya və ya anaya müəyyən maddi dəstək göstərilməsi baxımından da əhəmiyyətlidir.
Son statistik göstəricilərə görə, boşanmaların sayında müəyyən azalma müşahidə olunub. Lakin bu azalma nikahların sayının azalması fonunda baş verib. Bu, həqiqətən də düşündürücü və narahatedici məsələdir. Ölkəmizdə boşanmaların sayının artmasının və uşaqların alimentə ehtiyac duymasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır.
İlk növbədə, ailələrin hansı səbəblərdən dağıldığı müəyyənləşdirilməlidir. Məsələn, 10 ailə boşanıbsa, onların səkkizində boşanmaya səbəb olan amillər araşdırılmalıdır. Əgər əsas səbəblər yaşayış səviyyəsinin aşağı olması, mənzil və ya işlə təminat problemləridirsə, ilk növbədə bu istiqamətlərdə şərait yaradılmalıdır ki, ailələr üzləşdikləri problemləri həll edə bilsinlər və boşanma yeganə çıxış yolu kimi görünməsin. Belə olduğu təqdirdə, boşanmaların sayı azalarsa, aliment ödənişlərinə olan ehtiyac da azala bilər".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 29 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 bugünki xəbərlər cəbhədən son məlumat