Azercell' "Məktəbə qayıdış" kampaniyasını elan edir
15 sentyabr tarixindən etibarən lider mobil operator "Azercell Telekom" "Bookmate" və "Busuu" tətbiqlərinə qoşulan "Azercell" abunəçiləri üçün "Məktəbə qayıdış" kampaniyasını elan edir.
Həmin tarixdə "Bookmate" elektron kitabxanası və "Busuu" məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan "Azercell" abunəçiləri bu proqramlardan 1 ay ərzində pulsuz - abunə haqqı olmadan istifadə imkanı əldə edir. Kampaniya 15 oktyabr tarixinə qədər davam edəcək.
Xatırladaq ki, "Bookmate" elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan "Busuu" proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir.
Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar: Azercell-in rəsmi saytı, "Kabinetim" tətbiqi, "ABB Mobile" və "Umico" mobil əlavələri üzərindən qoşulmaq olar.
"Azercell" şirkəti özünün "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"