Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Barselonada keçirilən Mobile World Congress(MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini biraraya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsiredən əsas mövzuların müzakirəsi, innovativ texnoloji həllərin təqdimatı və beynəlxalqəməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
MWC Barcelona 2026 çərçivəsində keçirilənsessiyalarda inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimiaktual mövzular diqqət mərkəzində olub.
Konqresdə çıxış edən "Azercell Telekom"MMC-nin İnsan Kapitalı üzrə Baş direktoru Dilarə Hüseynova texnologiyasektorunda daha inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətinivurğulayıb: "Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan şirkətolaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin əsas istiqamətlərindənbiridir".
D. Hüseynova Azercell-in yeni nəsil qadınİKT mütəxəssislərinin və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinəyönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, şirkət buistiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli yanaşma tətbiq edir vəqızların texnologiya sahəsinə marağının erkən yaşlardan formalaşdırılmasınaxüsusi önəm verir.
D. Hüseynova şirkətin həyata keçirdiyi birsıra sosial layihələr barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldəolunan geniş təcrübəni bölüşüb. Azercell-in qızlardan ibarət milli komandanınBeynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək və "Uğurqızlarımızındır" təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni zamanda, qadınlarınrəqəmsal və biznes bacarıqlarının gücləndirilməsinə yönəlmiş "Qadınlara dəstək"sosial layihəsi çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıqda iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, "Azercell Telekom" MMC BeynəlxalqGSM Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıqedir. Şirkət GSMA və rəqəmsal dövrdə gender bərabərliyinin təşviqinə yönəlmişEQUALS Gender İnklüzivlik İndeksinin pilot mərhələsində iştirak edərək həyatakeçməsinə öz töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyintəşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha inklüzivyanaşmaların formalaşdırılmasına yönəlib.


/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb