"Azercell" şəbəkəsini yüksək templə genişləndirməyə və modernləşdirməyə davam edir
1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi üzrə genişmiqyaslı layihəyə start verən "Azercell" bu istiqamətdə bir sıra mühüm işlər görüb. Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb. Eyni zamanda, ötən ilin avqust ayından etibarən "Azercell" respublikanın müxtəlif regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb. Təkcə Naxçıvan Muxtar Respublikasında lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində "Azercell"in internet trafikinin həcmində 30%-dən çox artım müşahidə edilib.
"Azercell" işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda "Azercell"in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan "Azercell", ötən il Qarabağda "yaşıl" texnologiyaların da tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan "Azercell" öz mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində Azərbaycanda 300-dən çox yeni baza stansiyası quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirməyi planlaşdırıb. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR