"Azercell Telekom" MMC "Bakı Marafonu -2022"-nin baş sponsorudur
Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!
azxeber.com xəbər verir ki, May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu" keçiriləcək.
Bu il "Bakı Marafonu" yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu"nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzi pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda, marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.
Yarışa qatılmaq üçün may ayının 10-dək "Gənclik Mall", 28 Mall" və ya "Dəniz Mall"da quraşdırılmış xüsusi məntəqələrə müraciət edərək, eləcə də www.marathon.az saytı üzərindən qeydiyyatdan keçmək mümkündür (ətraflı: www.marathon.az).
Qeyd edək ki, "Azercell Telekom" MMC 2017-ci ildən etibarən "Bakı Marafonu"nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda "Azercell Telekom" MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək.
Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən Azercell hər kəsi "Bakı Marafonu"na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR