"Azercell"in yeni tarif dəyişikliyi narazılıq doğurdu – Ekspert rəsmi qurumlara müraciət etdi

Azərbaycanın aparıcı mobil rabitə operatorlarından biri olan "Azercell" yeni ödəmə kartı şərtləri və internet paketlərinin qiymət artımı ilə bağlı dəyişikliklərə gedib. Yeniliklər 1 iyul 2025-ci ildən qüvvəyə minəcək.
Yeni dəyişikliklərə əsasən, bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə kartlarının yükləmə müddəti nominaldan asılı olaraq müəyyənləşir və +90 gün istifadə müddəti qüvvədə qalır. Bu müddət ərzində istifadəçi balansına yeni kart yükləyərək həm əvvəlki vəsaiti, həm də yeni balansı sərbəst şəkildə istifadə edə bilər.
Bundan başqa, elektron ödənişlər üçün minimal məbləğ 1 AZN-ə qaldırılıb. Əvvəllər 3 manatla 20 gün aktiv olan mobil xətt üçün artıq 25 manat tələb olunur ki, bu da istifadəçilər arasında ciddi narazılığa səbəb olub.
Yeni tariflərə əsasən, 1 və 3 saatlıq limitsiz internet paketləri müvafiq olaraq 0.4 AZN və 0.5 AZN bahalaşıb. Bu artım da istifadəçilər tərəfindən tənqid edilir.
Sosial media istifadəçiləri "Azercell"in son qərarlarına etiraz edərək, şirkətə qarşı boykot çağırışları ediblər. 
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, bu qərar istehlakçının hüquqlarını məhdudlaşdırır və rəqabət mühitinə ziddir:
"Əgər "Azercell" müştərilərini itirmək istəmirsə, bu qərarı ləğv etməlidir. Çünki qərar həddindən artıq absurddur və müştərilərə seçim imkanı vermir. Ona görə də "Azercell" xeyli abonentə sahib mobil operator şəbəkəsi kimi bu addıma yenidən baxmalı və qərarı ləğv etməlidir. Dünyanın heç yerində belə sərt qərarlar yoxdur. Yəni, ay ərzində işlətmədiyin qədər vəsait xərcləmək doğru-düzgün deyil. Mənə elə gəlir "Azercell" bu qərarına yenidən baxsa, daha yaxşı olar"
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzu ilə bağlı geniş açıqlama verib. 
Ekspert bildirib ki, açıqlanan məlumatlardan dərhal görünür ki, Azercell "müştəri yönümlü" deyil, "yalnız gəlir gətirən müştəri" yönümlü siyasətə üstünlük verib:
1 iyul 2025-dən etibarən Azercell fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək. Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, Azercell "müştəri yönümlü" deyil, "yalnız gəlir gətirən müştəri" yönümlü siyasətə üstünlük verib.
Azercell yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq.
İlk öncə qeyd edim ki, Azercell–də çox güman ki, kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını ağlabatan formada, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər. Əlbəttə, bu Azercell-in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir. Yeni Qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar? Əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər.
Osman Gündüz qeyd edib ki, əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər:
"Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi.
İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.
Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif "varmış" kimi görünür, amma realda istifadə etməyə icazə verilmir.
Digər ciddi məsələ isə budur: "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, Azercell həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində "məcburi yığılan" modellərə keçir".
Dövlətə məxsus payla idarə olunan bir şirkət niyə bu qədər sərt ticarət davranışları nümayiş etdirir?
Ekspert qeyd edib ki, milyonlarla istifadəçisi olan Azercell kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi "düz" hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir:
"Rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, Azercell dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək.
Düşünürəm ki, dövlət şirkəti olan Azercell tarif qaydalarına yenidən nəzərə salmalı, "1 manat – 1 gün" prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir.
Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməmişəm".
Ekspert bildirib ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir:
"Yəni anlaşıqlı desək, biz, Azercell-də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik.
Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq".
Günel Hüseynli

İqtisadiyyat       Tarix: 05 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər son xeberler azerbaycan enson xeberler cəbhədən video