"AzerGold" QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti - FOTO

"AzerGold" QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti - FOTOSon illər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində hökumətin apardığı institutsional islahatlar nəticəsində bu sahəyə şirkətlərin marağı artmışdır. Artıq bir-birinin ardınca iri müəssisələr öz istiqrazlarını qiymətli kağızlar bazarında müxtəlif səciyyəli investorlara təqdim edirlər.
"AzerGold" QSC-də ölkənin qeyri-neft sektorunun əsas ixracatçılarından biri olaraq yerli və xarici investorlara, sıravi vətəndaşlara özünün qiymətli kağızlarını təqdim edir. Şirkət bazara ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqraz buraxır. Əldə olunacaq vəsait şirkətin qızıl istehsalı üzrə texnoloji imkanlarının artırılması və dünya bazarına daha çox qızılın çıxarılması istiqamətində hasilatın gücləndirilməsinə sərf olunacaqdır ki, bu da şirkətin gəlirlərinin artırılması ilə yanaşı, onun istiqrazlarının dəyərinin ən azı nominal qiymətdə qorunmasına və mövqeyinin qarşıdakı illərdə möhkəmlənməsinə səbəb olacaqdır. Bu da "AzerGold" QSC-nin sərmayəçiləri üçün ən sərfəli imkanları formalaşdırır.
"AzerGold" istiqrazları illik 4 faizlə, bir istiqrazın nominal dəyəri 100 ABŞ dolları olmaqla müştərilərə təqdim olunur. Şirkət öz müştərilərinə istiqrazlar üzrə gəlirləri ildə 4 dəfə, 3 aydan bir ödəməyi planlaşdırır. Bu, hətta sıravi vətəndaşlara ABŞ dollarında olan kiçik məbləğdəki yığımları istifadəsiz saxlamaq əvəzinə, gəlir gətirən qiymətli kağızlarda saxlamağa imkan yaradır. Vətəndaşların yığımları investisiya yönləndirilmədiyi təqdirdə illik inflyasiya dərəcəsi, qiymət artımı, dəyərdən düşmə kimi riskləri nəzərə alınaraq istiqrazlar sığortalanmaq üçün olduqca əlverişli təklifdir.
"AzerGold" QSC-nin son maliyyə göstəriciləri onun dayanıqlı bir şirkət olduğunu deməyə əsas verir. Belə ki, şirkətin gəlirləri 2019-cu ildə 2018-ci ilə nisbətən 47.6% yüksələrək 146 milyon 486 min manat təşkil etmişdir. Həmçinin, xalis mənfəət də 2018-ci ilə nisbətən 2019-cu ildə 54.7% artaraq 21 milyon 158 min manat olmuşdur. Son statistik göstəricilərə əsasən "Şirkətin xalis aktivlərinin dəyəri" ilə 27.571,988 ABŞ dollarıdır. Bütün bunlar şirkətin bazarda dayanıqlı mövqeyə sahib olduğunu ortaya qoymaqla "AzerGold"un qiymətli kağızlarının dəyərli bir investisiya aləti olacağını göstərir.
Şirkət son dövrlər dünya bazarına qızıl ixracını artırmaqdadır. Beynəlxalq aləmdə qızıl bazarının trendlərini izlədikdə görmək olar ki, qızıla olan tələbatın artması onun alış qiymətinin də böyük ölçüdə yüksəlməsinə gətirib çıxarır. Beynəlxalq ekspertlərin ortaq rəyinə əsasən, qızıla olan tələbatın növbəti illərdə də artacağı gözlənilir. Bu artım nə zaman bitəcəyi məlum olmayan pandemiya şəraiti, üstəlik zərgərlik əşyalarına tələbatın artması (xüsusi ilə Çin və Hindistanda) və geosiyasi risklərlə xarakterizə olunur.
"AzerGold" QSC-nin yeni qızıl yataqlarında apardığı işlər və ehtiyatlardan səmərəli istifadə sayəsində dünya bazarlarında artım templərinə daha cəld reaksiya verəcəyi gözlənilir. Bütün bunlar "AzerGold"un qiymətli kağızlarını yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedici edir.
"AzerGold" istiqrazlarının başlıca hədəfinin geniş xalq kütləsi olması həm də ölkədə aparılan sosial-iqtisadi siyasətə dəstək və əhalinin orta gəlirli hissəsinin öz xırda yığımlarını daha etibarlı saxlamaq baxımından da böyük əhəmiyyət kəsb edir. Sözügedən istiqrazlar şirkət səhmlərinin alışına və bankda əmanət yatırmağa nisbətən daha təhlükəsiz şəkildə maliyyə vəsaitinin saxlanması ilə yanaşı, həm də yüksək gəlir mənbəyidir.
Həmçinin, sadə vətəndaşlar ABŞ dollarında olan yığımlarını hər hansı bir bankda əmanət hesabına yatırdıqda bundan orta hesabla illik 2 faiz gəlir əldə etmək imkanı qazandığı halda "AzerGold" istiqrazlarından iki dəfə daha çox 4 faiz gəlir əldə etmək imkanı yaranır. Üstəlik, istiqraz alıcısı tərəfindən istiqrazların alınması ilə bağlı vergilərin ödənilməsi nəzərdə tutulmayıb. Fiziki şəxslər vergi məcəlləsinə əsasən, faiz ödənişləri üzrə ödəmə mənbəyindən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində ödənişin 10 faizi həcmində ödəmə mənbəyindən vergi tutmaqla öz faizlərini alacaqlar. Bank və bank təşkilatlarının faizdən əldə etdikləri gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab edildiyindən, onlara ödənilən faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq. "AzerGold" QSC-nin bu təkliflə çıxış etməsi onun istiqrazlarının digər yatırımlara nisbətən səmərəliliyini ortaya qoyur.
Qeyd edək ki, "AzerGold" istiqrazlarının əldə edilməsi onun ilkin alışından gəlir götürməklə yanaşı, qiymətli kağızların təkrar bazarı vasitəsilə investorlar əlavə qazanc imkanları da qazanır.
"AzerGold" istiqrazlarının Bakı Fond Birjasında alıcılara təqdim edilməsi yerli alıcılar üçün onun əlçatanlığını daha da artırır. Bakı Fond Birjasında son 5 ildə aparılan infrastruktur və institutsional yenidən qurmalar nəticəsində Birjanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu artırmışdır.
Ümumilikdə, yeni istiqrazlar yerli sərmayəçilərin iri layihələrdə iştirakına imkan yaratmaqla yanaşı, hər bir alıcı üçün "AzerGold"un uzunmüddətli inkişafında pay sahibi olmaq imkanını yaratmaqla yanaşı, ümumilikdə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi imkanlar yaradacaq. "AzerGold" istiqrazları sadalanan fürsətləri dəyərləndirmək üçün olduqca cəlbedici vasitədir.
Ruslan Atakişiyev
İqtisad üzrə fəlsəfə doktoru
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 22 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou valyuta son.xeber sonxeberler