"Azəriqaz": "Cəmiyyətdə dolaşıq fikir yayanlar barədə ölçü götürülməlidir

"Azəriqaz": "Cəmiyyətdə dolaşıq fikir yayanlar barədə ölçü götürülməlidir"Azəriqaz": "Cəmiyyətdə dolaşıq fikir yayanlar barədə ölçü götürülməlidir"
"Azəriqaz" İstehsalat Birliyi koronavirus infeksiyasının yayıldığı bu günlərdə dolaşıq fikir yayan bəzi mətbuat orqanları barədə tədbir görülməsini istəyir.
Bu barədə qurumun açıqlamasında bildirilib.
"Bildiyimiz kimi, hazırda çox həssas dövrü yaşayırıq. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün hökumətin atdığı addımları, qəbul etdiyi qərar və tövsiyələri hər bir Azərbaycan vətəndaşı anlayışla qarşılamalıdır. Bu təhlükənin yarada biləcəyi fəsadlarla mübarizədə biz yalnız birlikdə güclü ola bilərik.
Belə bir dönəmdə "Azəriqaz" İstehsalat Birliyi az işçi qüvvəsi ilə çox iş görməyə çalışır ki, qaz təchizatında problemlər yaşanmasın. İnsanlar arasında bu infeksiyanın daha geniş yayılmaması üçün əmək haqları saxlanılmaqla, ümumi işçilərin 20%-i növbədənkənar məzuniyyətə göndərilib. Martın 29-dan etibarən isə 60-dan çox yaşı olan abonentlər üçün sosial aksiyaya start verilib və onların qaz təsərrüfatı ilə bağlı problemlərinin həllini səyyar qruplar həyata keçirir", - deyə açıqlamada qeyd edilib.
Bildirilib ki, belə məqamda da vəziyyətdən istifadə etmək, əsassız sosial məsələləri şişirdərək narazılıqlar yaratmaq istəyən bəzi "media" qurumları və internet resurslarının fəaliyyəti başa düşülən deyil.
"Səhifələrində əlaqə koordinatları tapılmayan belə mənbələrin bəziləri Gəncə şəhərində çayxana işlədən Tural adlı bir şəxsin qazının kəsilməsi barədə məsələni qabardıb. Onun karantin rejiminin tətbiqinə dair etirazından yazıblar. Lakin həmin şəxsin koordinatlarını qeyd etməyiblər. Bu barədə Birliyimizdən də mövqe alınmayıb.
"Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsi belə bir abonentin axtarışında olub, lakin fakt təsdiqini tapmayıb. Əgər bu barədə yazını hüquq-mühafizə orqanları araşdırarsa, bir olmağımızın vacib sayıldığı zamanda, "hökumət əleyhinə çağırışa səsləyir" kimi məsələlərə toxunulduğunun şahidi olarlar.
Belə mövzulardan yazanların diqqətinə çatdırmaq istərdik ki, "Azəriqaz" İstehsalat Birliyinin sosial şəbəkələrdəki ünvanlarına nəzər yetirsinlər. "Sosial aksiyadakı iştirakımızdan yazsınlar" demirik, sadəcə baxıb, onlar da ən azı bizim etdiyimizin 10%-i qədər təşəbbüslə çıxış etsinlər. İnanırıq ki, indiki ağır vəziyyətdə cəmiyyətimizdə fikir dolaşıqlığı yaradanlar barədə hüquq-mühafizə orqanları araşdırma aparacaq və tədbirlər görəcəklər", - deyə açıqlamada qeyd olunub. /oxu.az

Sosial       Tarix: 02 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou ən son xeberler son xəbərlər bugün 2026 en son xeberler bu gun