"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib
2020-ci il üzrə ölkədə qazlaşma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir. Artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildirilib ki, hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir.
Qeyd edək ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə "Azəriqaz" İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub. Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar