"Azəriqaz" Ucarda baş verən yanğınlarla bağlı ittihamlara cavab verdi
"Azəriqaz" Ucarda baş verən yanğınlarla bağlı ittihamlara cavab verdi
"Yanvarın 8-də Ucar rayonunda baş verən yanğın hadisələri barədə səslənən fikirlər əsassızdır".
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, son bir neçə gündə mətbuat səhifələrində Ucar rayonunda bir müddət öncə baş verən iki yanğın hadisəsinə görə "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional qaz istismarı İdarəsinin Ucar Xidmət sahəsi müxtəlif iddialarla günahkar sayılır, halbuki məsələ heç də belə deyil:
"Məlumat üçün bildiririk ki, 8 yanvar 2021-ci il tarixində Ucar şəhərinin Vidadi küçəsində yaşayan Əhmədova Teybə İbrahim qızına məxsus yaşayış evində saat 19:30 radələrində və 28 May küçəsində yerləşən Quliyev Maqbert Mövsüm oğluna məxsus yaşayış evində saat 19:51 radələrində yanğın hadisəsi baş verib.
28 May və Vidadi küçələrində yanğın baş verən ərazilərdə yerləşən qaz xətləri Ucar Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanır və aşağı təzyiqlidir. Eyni zamanda onu da qeyd edirik ki, hadisə baş verən tarixdə həmin ərazilərdə qazın təzyiqinin artıb-azalması halları müşahidə edilməyib. Yanğın hadisələri qaz xətlərinin sonunda yerləşən ünvanlarda baş verib. Bu isə yanğın hadisələrinin qazla əlaqəli deyil, abonentlərin qazdan təhlükəsiz istifadə qaydalarına riayət etməməsi nəticəsində baş verməsi və ya başqa səbəblərdən olması ehtimalını yaradır. Digər tərəfdən yanğının partlayışla müşayiət edilməməsi bu hadisənin qazla əlaqəsi olmadığını əks etdirir.
Xəbər saytlarında Ucar sakinləri tərəfindən baş vermiş hadisələrlə bağlı yayılan məlumatlarda göstərilən digər hallar tərəfimizdən aparılan ilkin araşdırma zamanı öz təsdiqini tapmayıb". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız