Azəriqaz'dan əhaliyə XƏBƏRDARLIQ: Sentyabr ayından etibarən

Azəriqaz'dan əhaliyə XƏBƏRDARLIQ: Sentyabr ayından etibarənQaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur.
azxeber.com APA-Economics-ə istinadla xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin şöbə rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bununla bağlı addımların atılması üçün Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi gözlənilir.
"Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, çoxmərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Lakin "Azəriqaz"ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq", - deyə İlkin Behbudov qeyd edib.
O əlavə edib ki, belə hallar həm orada yaşayan abonentlərin təhlükəsizliyinə, həm də şəhərin görüntüsünə xələl gətirir.
"Hazırda bu işlər davam etdirilir, amma əsas məsələ odur ki, biz ölkə başçısının Fərmanı ilə bu kimi halların müəyyən edilməsi üçün yoxlamaların keçirilməsinə yaxın müddətdə, çox güman ki, sentyabr ayından başlayacağıq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik", - deyə İlkin Behbudov bildirib.

Sosial       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne krminal bu gun qurban bayrami 2026 xeber.az 2026