"Azərişıq" 10 manatlıq şirkəti 2 milyon AZN-lik tenderdə qalib etdi
"Azərişıq" ASC-nin "Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "19 saylı Tikinti Təmir İdarəsi" MMC olub.
KONKRET.az xəbər verir ki, tərəflər arasında 1.996.058,22 AZN-lik müqavilə imzalanacaq.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "19saylı Tikinti Təmir İdarəsi"nin qanuni təmsilçisi LOĞMAN ASLANOV FƏRƏC oğludur. Şirkət 13.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Mediada gedən məlumatlara görə, 19 saylı Tikinti Təmir İdarəsi" MMC dəfələrlə milyonluq temdetlərin qalibi olub. Şirkət Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) milyonluq tenderində qalib gəlib.
Həmçinin mediadakı məlumatlara görə, "19 saylı Tikinti Təmir İdarəsi" MMC-nin adı 2021-ci ildə Gəncə Dövlət Universitetinin qalmaqallı tenderində adı hallanıb.
Xatırladaq ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi