"Azərişıq" əməkdaşı iş başında öldü
Fevralın 23-də Şəmkirin Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, "Azərişıq" ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var